Bu gün:


Azərbaycanda ən çox hansı sosial şəbəkələrə giriş edildiyi məlum oldu.

Tarix: 01.12.2020 / 12:24  •   Oxundu: 175 dəfə  •  

Noyabr ayında ölkədə sosial platformalarda aktivlik nisbətən bərabər paylanıb.
Asmedia.az-ın “Global Stats”dan əldə etdiyi məlumata əsasən, internetlə əlaqədar məhdudiyyətlərin aradan qaldırılması Azərbaycanda sosial şəbəkələrdə aktivliyi artırıb.
Belə ki, müvafiq dövrdə “Pinterest” istifadəçilərinin sayı 27,12 faiz təşkil edib. Noyabrda da ölkədə ən çox aktivliyin qeydə alındığı sosial platforma “Pinterest” olub. Lakin, oktyabra nisbətən platformada aktivlik xeyli azalıb. Oktyabr ayında “Pinterest”in ölkədəki bazar payı 73,38 faiz olub.
Noyabr ayında “Instagram” istifadəçilərinin aktivlik səviyyəsi artıb. Sosial platforma oktyabrda 2,88 faiz aktivlik göstəricisi ilə 4-cü pillədə qərar tutsa da, noyabr ayında istifadəçilərinin sayına görə 2-ci pillədə qərar tutub və aktivlik dərəcəsi 23,92 faiz təşkil edib.
Ölkədə “Facebook” istifadəçilərinin sayı isə oktyabr ayına nisbətən artaraq 23,35 faiz təşkil edib. Oktyabra nisbətən bu aktivlik ötən ay 10,35 faiz təşkil edib və “Facebook” ikinci ən çox istifadə edilən platforma olub. Noyabr ayında isə 3-cü pillədə qərar tutub.
“Youtube” istifadəçilərinin sayı isə noyabr ayında 19,28 faiz təşkil edib, bu oktyabr ayında 7,1 faiz idi və sosial platforma istifadəçilərinin sayına görə 3-cü pillədə idi.
“Twitter” istifadəçilərinin sayında da həmçinin, artım müşahidə olunub. Belə ki, noyabrda bu platforma üzrə istifadəçilərin aktivlik dərəcəsi 3,91 faizi təşkil edib ki, bu oktyabr ayında 1,8 faiz olub.
“Vkontakte” istifadəçilərinin noyabr ayı üzrə sayı 1,06 faizi təşkil edib.
Ümumilikdə, bütün sosial şəbəkələr üzrə aktivlik dərəcəsində artım müşahidə olunsa da, noyabr ayında “Pinterest”də azalma qeydə alınıb. Hesabat həm masaüstü vasitələrin, həm tablet, həm də mobil vasitələrin ümumi göstəricilərini əhatə edib.