“Dünyanın taleyi bir ovuc ölkənin ümidinə buraxıla bilməz...”
Tarix: 19.10.2021 / 10:03 •
Oxundu: 77 dəfə •
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Anqola parlamentindəki çıxışı zamanı dünyaya bir sıra ciddi mesajlar verib. O, bir daha BMT Təhlükəsizlik Şurasını insanlığın taleyini həll etmək haqqını inhisara almasına görə tənqid edib.
İDEAL Media.az xəbər verir ki, bu haqda məlumat Türkiyə liderinin “Facebook” səhifəsində yerləşdirilib.
Türk liderinin fikrincə, bəşəriyyətin taleyi İkinci Dünya Müharibəsinin "bir ovuc qalib ölkəsinin ümidinə buraxılmamalıdır". Ərdoğana görə, qlobal təhlükəsizlik arxitekturasının dəyişməzliyi dünyanın necə dəyişilməsi və diplomatiya, ticarət və beynəlxalq münasibətlərin kökündən dəyişməsi fonunda ağlasığmazdır. O, bir daha "Dünya beşdən çoxdur" vurğulayaraq, BMT Təhlükəsizlik Şurasının yalnız beş daimi üzvü olduğuna işarə edib.
Xatırladaq ki, bundan öncə Rəcəb Tayyib Ərdoğan öz kitabında BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının zəruriliyini bildirmişdi. Onun fikrincə, təşkilatın müasir çağırışlara cavab verə bilməsi üçün BMT Təhlükəsizlik Şurasının beşdən çox daimi üzvünü bu təşkilata daxil etmək lazımdır. Hazırda təşkilatın yalnız beş daimi üzvü (Rusiya, ABŞ, Çin, Böyük Britaniya, Fransa) veto hüququna malikdir...