Bu gün:


Rusiyada Əmir Teymurun həkiminin məzarını kimlər dağıtdı?..

Tarix: 23.10.2021 / 10:55  •   Oxundu: 92 dəfə  •  

"Bu epiqrafik məlumatlar təkcə mərhumun özü haqqında deyil, həm də Türklərin Çöl tarixi haqqında qiymətli məlumat mənbəyidir..." 

"Alimlər tərəfindən bu günədək araşdırılmayan və 600 ildən artıqdır çöldə  dik dayanan məzar daşını, demək olar ki, bərpa etmək mümkün deyil...”  
 
“Oktyabrın əvvəlində Orenburq vilayətinin Belyayevski rayonunda məşhur turizm məkanı "Duzlu yarğan"da dəhşətli vandalizm aktı törədilib. Əmir Teymurun loğmanının (rəvayətlərdə deyildiyi kimi) məşhur məzarı- "kulpıtas"a hücum edilərək dağıdılıb. Alimlər tərəfindən bu günədək araşdırılmayan və 600 ildən artıqdır çöldə  dik dayanan məzar daşı, demək olar ki, dağıdılıb və onu bərpa etmək mümkün deyil”.  

İDEAL Media.az xəbər verir ki, bu haqda məlumat rusdilli İslam saytları  və sosial şəbəkələrin Tatarıstan seqmentində yayılıb.
 
 “Məzarlığın hasarına da ziyan dəyib, qəbrin perimetri boyunca və ziyarətgahın girişindəki tağda quraşdırılmış metaldan hazırlanmış bütün müsəlman rəmzləri sökülüb. Bu abidə balneoloji(palçıq müalicəsi-S.L.) ehtiyatlara malik unikal məkanda yerləşir. Cənubi Orenburq bölgəsinin türk tarixinin qəsdən məhv edilməsinə dair kədərli bir tendensiya var! Belə ki, bu ilin avqustunda qonşu Sol-İletsk şəhər rayonunda naməlum şəxslər təbiət abidəsini - Aleutas dağ traktını da dağıdıblar. Təəssüf ki, bölgənin bu və digər əraziləri təkcə istirahət və maariflənmə məqsədləri üçün deyil, həm də onların əsl məqsədini təhrif edən “bütpərəst ibadət yerləri” kimi məşhurlaşıb...

Ərazinin çoxmillətli əhalisi şoka düşüb və bu vəhşiliyi pisləyir. Sosial şəbəkələrdə bölgənin tarixi, mənəvi irsinə və məşhur istirahət və müalicə məkanına bu hücumların səbəbləri və nəticələri haqqında yerli ictimaiyyətin çoxlu qəzəbli şərhləri və fərziyyələrini görə bilərsiniz... 

Məlumdur ki, kulpıtas sarmatların (Azərbaycannin etnogenezində iştirak etmiş atlı qədim Türk xalqlarından biri- S.L.) tarixi məzarlıq yeridir. Onların məzar daşlarının üzərindəki yazılar qazax dilində ərəb qrafikası ilə həkk olunub. Qeyd edək ki, bu epiqrafik məlumatlar təkcə mərhumun özü haqqında deyil, həm də Türklərin Çöl tarixi haqqında qiymətli məlumat mənbəyidir. Qərbi Qazaxıstandan olan elm adamları kulpıtaslar üzərində araşdırmalar aparırlar. Rusiyada belə tədqiqatlar demək olar ki, yoxdur. Bu səviyyəli tarix və mədəniyyət abidəsi onun tarixinin və regionun özünün köçəri sivilizasiyasına dair əsl tədqiqat mənbəyidir. Qurani-Kərim buyurur: “Biz sizi xalqlar və qəbilələr olaraq yaratdıq ki, bir-birinizi tanıyasınız”...” – etnopsixoloq  və rekreoloq Liliya Abubakirovanın yazısında belə deyilir.