“Hazırda bölgələrimizdə gənc əhali yox dərəcəsindədir”- iqtisadçı alim
Tarix: 28.01.2022 / 10:27 •
Oxundu: 99 dəfə •
Ekspert əyalətlər üzrə əhali gəlirlərindəki qeyri-bərabərliyin əsas səbəblərini izah etdi
Bu gün Azərbaycanın inkişafı yalnız paytaxtımızın hesabına deyil, həm də regionların hesabına baş verməlidir. Bəs görəsən, regionların inkişafı üçün hansı addımlar atılmalıdır? Bu sahədə çatışmazlıqlar varmı?
İqtisadçı-alim, ekspert Vüsalə Əhmədova mövzu ilə bağlı “İdealmedia.az”a bunları şərh edib: “Bölgələr arasında sosial-iqtisadi struktur, işçi qüvvəsi, təhsil səviyyəsi, infrastruktur, iqlim və s. fərqlər bölgələrin fərqli inkişafına səbəb olur. Bölgələr üzrə əhali gəlirlərindəki qeyri-bərabərliyin əsas səbəbi məhz iqtisadi resursların bərabər bölgüsünün olmamasıdır. Məsələn, baxsaq görərik ki, hazırda bölgələrimizdə gənc əhali yox dərəcəsindədir, onların çoxu Bakı şəhərində və ya başqa ölkələrdə məskunlaşıb. Ölkənin əsas təbii resursu neftdir, hansı ki, o da əsasən Bakı şəhərində hasil olunur. Bu səbəbdən də ölkə iqtisadiyyatının aparıcı qüvvəsi Bakı şəhəridir. İngiliscədə belə bir anlayış var, ”new regionalism", tərcümədə “yeni regionalizm”, yəni ortaq etnik, mədəni, tarixi xüsusiyyətlərə malik rayonların vahid bölgə təşkil edərək güc mərkəzinə çevrilməsi. Bölgələrdəki şirkətlərin, dövlət qurumlarının, maliyyə qurumlarının bir araya gələrək yerli iqtisadi siyasət formalaşdırmaları lazımdır. Öncəliklə onu qeyd etmək istərdim ki, əkinçilik üçün əlverişli ərazilərdə kənd təsərrüfatı sektoru mütləq şəkildə inkişaf etdirilməlidir. Kənd təsərrüfatı istər bütövlükdə ölkənin, istərsə də bölgələrin inkişafında iqtisadiyyatın lokomotivi rolunu oynayır. İstənilən ölkənin sosial-iqtisadi inkişafında prioritet sahə kənd təsərrüfatıdır, ölkə əhalisinin ərzaq təhlükəsizliyini təmin etməkdir. Ərzaq təhlükəsizliyi baxımından ən strateji sahə isə taxılçılıq hesab olunur. Ölkənin ərzaq buğdasına olan tələbatı tam olaraq yerli istehsal hesabına ödənməlidir. Təəssüf ki, ərzaq buğdasına olan tələbatımızı Qazaxıstan və Rusiya hesabına ödəyirik. Taxıl idxalımız ildən-ilə artmaqdadır, 2018-ci ildə ölkəyə 205.968,1 min ABŞ dolları məbləğində taxıl idxal edilmişdisə, 2019-cu ildə bu göstərici 340.536,6 min ABŞ dollarına çatıb".
Ekspert digər önəmli addım barədə danışıb: “Hər zaman qeyd etdiyim kimi, bölgələrin potensialı nəzərə alınmaqla yüksək əlavə dəyər yaradan emal sahələrinin yaradılmasıdır. İqtisadiyyatda yüksək əlavə dəyər yaratmaq, əlavə marjı yüksək olan məhsul istehsal və ya emal etmək deməkdir. Yüksək texnologiyalar olmadan da, əlavə dəyəri yüksək məhsul istehsalı mümkündür. Məlumdur ki, əlavə dəyər yaratmanın yolları əmtəə istehsalında yeni dizayn, tədqiqat və inkişaf, brendləşmə, informasiya texnologiyalarından istifadə, ixtisaslaşmadır. Kifayət qədər risk kapitalına malik olmayan müəssisələrin isə bütün bunları həyata keçirmək şansı olmur. Bu səbəbdən də, iqtisadiyyatın onurğa sütunu sayılan kiçik və orta sahibkarlara imkanlar açılmalıdır. Sektorlar üzrə müvafiq vergi güzəştləri, faizsiz kreditlər, subsidiyalar, qrantlar, sərmayə dəstəyi, stimullaşdırıcı tədbirlərin icrası mütləqdir. Orta və kiçik sahibkarların ən böyük arzusu rəqabətli biznes mühitində fəaliyyət göstərməkdir. Elə bir mühitdə ki, burada onların hüquqları tam qorunsun, fəaliyyətlərinə yersiz əngəllər törədilməsin, inhisarçılar tərəfindən bazardan sıxışdırılıb çıxarılmasın, qiymətlərin süni manipulyasiyasına yol verilməsin”.
Əhmədova əlavə edib ki, ölkəmizdə hələ Sovet İttifaqı dövründən kurort müalicəsi aparan sanatoriyalardan 45-i hazırda da fəaliyyətini davam etdirir: “Onların 27-si Bakı şəhərində yerləşir. Onların böyük əksəriyyətinin Bakı şəhərində yerləşməsinə nə gərək var? Dünyadaki ən populyar müalicəvi-kurort tipli komplekslərindən bir neçəsinin adlarını çəkmək istərdim, məsələn: Leukerbad (İsveçrə), Karlovy Vary (Çexiya), Loipersdorf (Avstriya), Bad-Kissingen (Almaniya), Pamukkale (Türkiyə), Kislovodsk (Rusiya), Borjomi (Gürcüstan), Glenwood Springs (ABŞ) və s. Qeyd etdiyim komplekslərin çoxu termal kurortlardır. Hansı ki, ölkəmizdə də termal və SPA xidmətləri təklif oluna biləcək bu tip komplekslər Şimal-Qərb, Cənub və Qarabağ kimi iqtisadi bölgələrdə təşkil oluna bilər. Günümüzdə hər hansı bir müəssisənin uğurlu inkişafının təminatçısı düzgün qurulmuş marketinq strategiyasıdır. Kurort turizminin inkişafında da ən vacib amil xidmətlərdən yararlanmaq istəyən potensial yerli və xarici tələbi müəyyənləşdirməkdir. Son bir ildə dünyada ən çox müalicəvi-kurort tipli turizmdən istifadə edənlərin Çin vətəndaşlarının olması maraqlıdır. Çin ilk dəfə bu göstəricidə ABŞ-ı qabaqlayır. Bu tendensiyanın ən azı növbəti beş il ərzində də davam edəcəyi və Çinin xaricdəki müalicəvi-kurort turizmi üçün ən böyük tələb mənbəyi olacağı gözlənilir. Eyni zamanda tədqiqatlar onu da göstərir ki, tibbi və müalicəvi-kurort tipli turizm proqramlarına tələb getdikcə daha da artacaq. ”Euromonitor International"ın məlumatlarına əsasən, 2017-ci ildə dünyada tibbi turizmdən gələn gəlirlər 15 milyard dollar, müalicəvi-kurort tipli turizmdən gələn gəlirlər isə 40 milyard dollar təşkil edib. Təşkilatın proqnozlarına görə, 2022-ci ildə bu rəqəmlər üç dəfə arta bilər. Məsələn, Türkiyənin tibbi və müalicəvi turizmdən gələn gəliri 7 milyard dollar təşkil edir. Ümumiyyətlə, pandemiya ilə əlaqədar dünyada, o cümlədən Türkiyədə turist sayında nəzərəçarpacaq azalma baş versə də, tibbi və müalicəvi turizm ümumi turizm sektoru içində son bir neçə ildə gəlirləri artan yeganə sahə oldu demək olar".