“İlana zəhər verən kərtənkələ”lər üçün ciddi siqnal: Komandolarımızın sayı ildən-ilə artacaq
Tarix: 14.04.2022 / 12:02 •
Oxundu: 112 dəfə •
“Minsk Qrupu” adlı turist komandası kimə və nəyə lazımdır?
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə bi çox əhəmiyyətli siyasi- hərbi-iqtisadi məsələlərə, o cümlədən Brüsseldə keçirilən görüşün nəticələrinə, ATƏT-in Minsk Qrupunun yarıtmaz fəaliyyətinə, ordu quruculuğuna, azad olunan ərazilərdə minatəmizləmə və yenidənqurma proseslərinə toxunub.
İlk növbədə Prezident İ.Əliyev Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişelin təşəbbüsü ilə keçən ilin dekabr və bu ilin aprel aylarında keçirdiyi üçtərəfli görüşlərdə “Dağlıq Qarabağ” ifadəsindən, “münaqişə” və “status” sözlərindən istifadə edilməməsini, münaqişənin həll olunması ilə əlaqələndirib. Dövlət başçımız İkinci Qarabağ müharibəsinə qədər Minsk qrupunun 28 illik fəaliyyətini, bu illər ərzində həmsədrlərin Azərbaycana və Ermənistana yüzlərlə səfərinin nəticəsini “sıfır” olaraq qiymətləndirməsi də təsadüfi deyil. Prezident İ.Əliyev Təhlükəsizlik Şurasının da üzvü olan bu üç ölkənin heç biri münaqişənin həllinə dair BMT qətnamələrinin icrası üçün ciddi iş görmədiyini “sıfır nəticəli yüzlərlə səfər” söz birləşməsi ilə ifadə edib. Həmsədrlər diplomatik turist kimi fəaliyyət göstərib və münaqişənin həllində heç nəyə nail olmadıqlarını özləri də yaxşı bilir və yəqin ki, bu 28 illik fəaliyyətlərinə “sıfır” qiyməti ilə tam razıdırlar. Əslində Minsk Qrupu münaqişənin həllinə dair Ermənistanın təslim olduğunu təsdiqləyən birgə Bəyanatı imzalayan andan özünü ləğv etməli idi. Əgər buna cəsarətləri çatmadısa, heç olmasa Ermənistanı silahlılarını Qarabağdan çıxarması, kommunikasiyaları açması, 1-ci Qarabağ Müharibəsində itkin və əsir düşən 3890 nəfər azərbaycanlının qaytarması, Azərbaycana qarşı ərazi iddialarına son qoyması, minalı sahələrin dəqiq xəritələrinin Bakıya verilməsi və erməni revanşizminin qarşısının alınması istiqamətində quru bəyanatları ilə xəbərdar etmənli idilər. Təəssüflər olsun ki, bunları da görmədik. Bütün bu fəaliyyətsizlikdən sonra, həm də 236 ayda irəliyə doğru 1 addım atmayan “Minsk Qrupu” adlı turist komandası kimə və nəyə lazımdır?
Bu ilin mart ayının 15-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) üzvləri Rusiya Federasiyasının Avropa Şurasından xaric olunması barədə qərar qəbul edəndən sonra isə ATƏT-in Minsk Qrupunun fəaliyyəti faktiki olaraq dayandırılıb. ABŞ və Fransa rəhbərləri Rusiya ilə əməkdaşlıqdan imtina edib. Odur ki, Minsk Qrupunun fəaliyyətinin bərpası yaxın perspektivdə mümkün də deyil.
Müharibənin Azərbaycana verdiyi döyüş təcrübəsi və tərəfdaşlarımızla apardığımız fikir mübadilələri, Ordumuzda müəyyən islahatlar aparılmasına imkan verdi. Müharibədən sonra Müdafiə Nazirliyində struktur islahatları aparılıb və bu dəyişikliklər Ordumuzu daha da gücləndirəcək. Ordumuzun həm ştat strukturunda, həm də silahlanmasında müsbət dəyişikliklər diqqəti cəlb edir. Müharibədən sonra iki yeni qoşun növü yaradılıb. Quru Qoşunları özündə bütün ordu birliklərini, tank və motoatıcı hissələri birləşdirib.
Vətən Müharibəsindəki bütün döyüşlərin ilk gündən son gününə qədər dərindən təhlili Ordu birliklərinin dağlıq və yüksək dağlıq ərazilərdə avtonom və səmərəli döyüş əməliyyatları aparmaq üçün uyğunlaşdırılmasını tələb edirdi. İstənilən ştat strukturunun islahatları, yeni silah və texnikaların alınmasını da tələb edir. Hazırda Azərbaycan Ordusunun Quru Qoşunlarınının tərkibində yer alan ordu birliklərində müəyyən sayda Komando hissələri yaradılıb. Yeni yaradılan Komando hissələri üçün yeni silahların və texnikaların alınması demək olar ki, artıq tam başa çatıb.
2 həftə əvvəl Hadrutda yerləşən Komando hərbi bazasını ilk dəfə ziyarət etdim. Kifayət qədər geniş ərazidə inşa edilən hərbi hissə şəxsi heyətin döyüş hazırlığı və istirahəti üçün ideal imkanlara malikdir. Hərbi hissədə bölmələrin uzlaşdırılması artıq başa çatıb və şəxsi heyət istənilən ərazidə, istənilən vəzifəni icra etməyə hazırdır. Türkiyədə olduğu kimi, Azərbaycan da komandoların sayını ildən-ilə artıracaq.
Türkiyənin Quru Qoşunlarında yüngül piyada (dağ piyadası, hava desant piyadası, yüngül piyada, xüsusi əməliyyat və s.) birlik və hissələrin xüsusi vəzifələrini hamısını komando briqadalarının öz üzərinə götürdüyünü nəzərə alsaq, o zaman Azərbaycan Ordusunun bəzi motoatıcı briqadalarının gələcəkdə komando hissələrinə çevriləcəyini ehtimal etmək mümkündür. Azərbaycan ordusu komando hərbi hissələrini həm düşmənin ehtimal olunan hücum/təxribat istiqmətlərinə yaxın, həm də Qarabağın rus sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərinin perimetrini əhatə edəcək şəkildə yerləşdirməklə, hərbi hissənin təhdidlərə reaksiya müddətini minimuma endirməyə nail olub.
Kəlbəcər, Laçın, Hadrut və Göranboyun dağlıq ərazilrində yeni komando hərbi hissələrinin yeləşdirilməsi düşmən qüvvələrinin təxribatlarına qarşı ən uyğun variant kimi baxıla bilər.
Prezident İ.Əliyev hər bir çıxışında olduğu kimi, bu dəfə də İkinci Qarabağ müharibəsində xüsusi qəhrəmanlıq göstərən Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin rolundan bəhs etdi. Ali Baş Komandanın XTQ-nin şəxsi heyətinin sayının əvvəllər olduğu kimi, bundan sonra da artırılması barədə bəyanatı, Ordumuzun döyüş potensialının daha da güclənməsinə imkan verəcək. Hərbi məsələlərin həlli üçün dövlətimizin daim lazım olan qədər vəsait ayrılması, Ali Baş Komandanın Silahlı Qüvvələrimizə göstərdiyi diqqətin nümunəsidir.
Müharibədən sonra Türkiyə və İsrail şirkətləri ilə yeni və böyük həcmli satınalmalar üzrə müqavilələr imzalanıb. Bəzi müqavilələrin icrasına başlanıb, bəzilərinin icrası başa çatıb, bəzilərinin isə icrası davam edir. Digər tərəfdaş ölkələrlə satınalmalar barədə müzakirələr davam edir. ADEX-2022 sərgisində yeni müqavilələrin imzalanması gözlənilir.
Ali Baş Komandan tərəfindən Ordu quruculuğu sahəsində atılan bu kritik addımlar, xaricdən ayrılan maliyyə yardımı və kreditlər hesabına ordu saxlamağa çalışan Ermənistan üçün hərbi-iqtisadi təzyiq vasitəsi kimi baxılmalıdır. İkinci Qarabağ müharibəsində Ermənistanın 4-5 milyard dollarlıq dəyərində hərbi texnikasını məhv edən Azərbaycan Ordusu, bu texnikanın bir hissəsini qənimət kimi götürüb və onlardan gündəlik fəaliyyətində istifadə edir, digər hissəsi isə Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Əslində Ermənistan bu qədər silah almaq imkanına heç bir zaman malik olmayıb. Ermənistanı silahlandırmaq üçün bəzi ölkələr dəfələrlə kreditlər ayırıb, yardımlar edib. Nəticədə Ermənistan özünü Azərbaycana qarşı olduğundan böyük görüb. Əgər Ermənistana havayı silah, hərbi yardım və kreditlər verilməsəydi, Ermənistanın qonşu ölkələrin ərazilərinə qarşı iddialar irəli sürə bilməzdi, İkinci Qarabağ müharibəsi də baş verməzdi, ümumilikdə İrəvan Azərbaycan ərazilərini işğal altında saxlaya bilməzdi.
İndi isə Azərbaycan-Türkiyə birliyi regionun taleyini həll edəcək faktor kimi daha da güclənir. Ermənistana Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdırmaq üçün son şans verilib. Prezident İ.Əliyevin “Əgər yenidən Ermənistanın silahlanmasına pul ayrılacaqsa, biz bunu qeyri-dost addım kimi qiymətləndirəcəyik və öz addımlarımızı buna uyğun şəkildə atacağıq” bəyanatı da “ilana zəhər verən kərtənkələ” ölkələr üçün ciddi siqnal olmalıdır.
Heç bir qüvvə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində tarixi ərazilərini erməni silahlılarından təmizlənməsi, torpaqlarımızın qalan hissəsini də işğaldan azad edilməsi və imzalanan üçtərəfli birgə Bəyanatın son nöqtəsinə qədər yerinə yetirilməsi məsələsində dayandıra bilməz.
Ali Baş Komandan İ.Əliyevin son müşavirədə rus sülhməramlılardan bəhs etməməsi, onların fəaliyyətlərindən məmnun olmaması kimi də başa düşülə bilər. Çünki, erməni silahlıları nəinki Qarabağdan çıxarılmır, hətta onlar yeni mövqelər və mühəndis qurğuları inşa edirlər. Azərbaycan Ordusunun Fərrux yüksəkliyi istiqamətində yerdəyişmələri isə həm erməni silahlılarına, həm də onları himayə edənlərə ibrət dərsi olmalıdır.
Əslində bu gün Xocalı qatili, deputat S.Ohanyan və onun silahdaşlarının Laçın dəhlizinə və oradan da Qarabağa buraxılmamasını, sülhməramlıların fəaliyyətində “kiçik və müsbət fakt” kimi dəyərləndirə bilərik. Amma Azərbaycanın əsas tələbi, birgə erməni silahlılarının və onlara məxsus silah, texnika və avadanlıqların Qarabağdan tamamilə çıxarılmasından ibarətdir. Ümid edirik ki, bu məsələ sülhməramlılar tərəfindən ən qısa müddətdə başa çatdıralacaq və Azərbaycan Ordusu Rusiya üçün çətin həzmedilən Fərrux yerdəyişməsini təkrar etməli olmayacaq.
Hazırda Azərbaycanın iki ölkə arasındakı əlaqələri normallaşdırmaq üçün 5 prinsipdən ibarət təklifinə Ermənistan müsbət reaksiya verib. Azərbaycanın ərazi bütövlüyü qəbul edilməsi və Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkməsi, iki ölkə arasında sərhədin delimitasiyası ilə bağlı işçi qruplar yaxın iki həftə ərzində formalaşdırılması, ardınca isə sülh müqaviləsinin hazırlanmasına dair işçi qrupların öz işinə başlaması barədə razılıq əldə olunması mühüm hadisədir. Ümid edirik ki, Ermənistan nəhayət regionda sülhün və əmin-amanlığın bərpası üçün ona təqdim edilən son şansdan əməli şəkildə yararlanacaq, imzaladığı bəyanatların və verdiyi sözlərin yerinə yetirilməsi üçün praktiki addımlar atacaq.