Bu gün:


Tramp: Kanada cavab versə, tariflər artacaq

Tarix: 04.03.2025 / 23:44  •   Oxundu: 0 dəfə  •  

ABŞ Prezidenti Donald Tramp bildirib ki, əgər Ottawa cavab tədbirləri görsə, Vaşinqton Kanadaya qarşı tarifləri müvafiq şəkildə artıracaq.


Ağ Ev rəhbəri bu barədə sosial şəbəkə hesabında paylaşım edib.


"Kanadanın Baş naziri Trudoya izah edin ki, əgər o, ABŞ-yə qarşı cavab rüsumu tətbiq edərsə, bizim də tariflərimiz dərhal eyni məbləğdə yüksələcək", – Tramp qeyd edib.