Bu gün:


Bu kommunal xidmətin qiyməti artdı

Tarix: 13.07.2023 / 11:34  •   Oxundu: 92 dəfə  •  

Bakıda bəzi bina sakinlərinə Azəristiliktəchizat ASC tərəfindən bildiriş gəlib.

Sakinlər bildirirlər ki, sakinlərə göndərilən bildirişdə isti su tariflərinin iyul ayının 1-dən artdığı qeyd olunur.

İDEALMedia.az
-a açıqlama verən Azəristiliktəchizat ASC-in mətbuat katibi bildirib ki, isti su tarifləri 2017-ci ildən etibarən Tarif Şurası tərəfindən tənzimlənmir.

"Buna görə də isti su tarifləri Səhmdar Cəmiyyətin bu yöndə xərclərini tam əhatə etməklə hesablanır. Hazırda isti su tarifləri 3413 mənzil əhatə edir", - deyə o qeyd edib.