Bu gün:


Dələduz çetenin başçısı hələ də azadlıqdadır.

Tarix: 06.03.2025 / 23:48  •   Oxundu: 0 dəfə  •  

Dələduz çətənin başçısı hələ də azadlıqdadır.


Yüzlərlə vətəndaşın mülkiyyət hüquqlarına qəsd etmiş "Avro Grand" MMC-nin üzvləri Xanlar Cəfərov, Mübariz Hümbətəliyev, Xəzər Əliyev həbs edilsələr də, çətənin başçısı Rza Hümbətəliyev öz çirkli əməllərini həyata keçirməkdədir. Rza adlı dələduz cinayət ortaqları Xanlar, Xəzər, Mübarizin tökdüklərini yemir, eyni zamanda hüquq-mühafizə orqanlarında problemi olan aciz insanların problemlərini "həll etmək" adı ilə pul alıb atır. Rza Hümbətəliyevin bu cür qanundan və insanlıqdan kənar cinayət əməlləri barədə HMO-ya edilən şikayətlərin bir qayda olaraq sabotaj edilməsi, dələduzun arxasında da yekəbaşın durduğunu şərtləndirir. Lakin istər milli, istərsə də beynəlxalq hüququn heç bir müddəasında qanunların kimisinə cəza, kimisinə imtiyaz verməsi kimi hal mövcud deyildir.