Təhsilimizin qüruru
Tarix: 17.09.2021 / 18:37 •
Oxundu: 312 dəfə •
Rövşən Zülfüqar oğlu Hümbətəliyev 1970-ci ildə Qubadlı rayonu Aşağı Mollu kəndində anadan olub. Sosial mənşəyi fəhlə, milliyyəti azərbaycanlıdır. 2003-cü ildən YAP-ın üzvüdür.
1987-ci ildə Sumqayıt şəhər 12 saylı orta məktəbi bitirərək V.İ.Ulyanov (Lenin) adına Leninqrad Elektrotexnika İnstitutunun (hal hazırda Sankt Peterburq Elektrotexnika Universiteti) Elektrofizika fakultəsinin yarımkeçiricilər və dielektriklər ixtisasına qəbul olub. 1990-cı ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə qəbul olunaraq, 1996-cı ildə həmin fakültəni riyaziyyatçı, riyaziyyat müəllimi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1997-2000-ci illərdə AMEA RMİ-nin "Funksional analiz" şöbəsində 01.01.01-Riyazi analiz ixtisası üzrə əyani aspiranturasında təhsil alib. 2000-ci ilin oktyabr ayında "Bir sinif operator-diferensial operatorlar üçün sərhəd məsələlərinin həlli və bəzi spektral məsələlər" adlı dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi adına layiq görülüb. 2000-2004-cü illərdə AMEA RMİ-nin "Funksional analiz" şöbəsində böyük elmi işçi, dosent, 2004-2012-ci illərdə isə aparıcı elmi işçi işləyib. 2012-2016-cı illərdə Azərbaycan Kooperasiya Universitetinin "Tətbiqi riyaziyyat" kafedrasında, 2016-cı ilin oktyabrın 26-dan 2017-ci ilin mayın 31-nə qədər Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Hesablama riyaziyyatı və informatika" (Kompüter elmləri) kafedrasında dossent, 2017-ci ilin mayın 31-dən 2019-cun ilin dekabrın 1-nə qədər həmin kafedranın müdiri vəzifəsini tutub. 2019-cu ilin dekabrın 3-dən hal-hazıra kimi Azərbaycan Dövlət Dəniz Akademiyasının İnformasiya Resurs Mərkəzinin müdiri vəzifəsində işləyir.
O, 15 mart 2013-cü il tarixdə “Yüksəktərtibli operator-diferensial tənliklər və bəzi spektral məsələlər” mövzusunda dissertasiya müdafiə edərək, riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsinə layiq görülüb. Azərbaycan, Rusiya, Ukrayna, Türkiyə, Bolqarıstan və Polşada keçirilmiş beynəlxalq konfrans və simpoziumlarda dəfələrlə elmi məruzələrlə çıxış edib. Azərbaycanda və xaricdə (Rusiya, Ukrayna, Türkiyə, Tayvan, Polşa, Almaniya, Çexiya) nəşr edilən nüfuzlu, dövrü elmi jurnallarda dərc edilmiş 190-dən çox elmi əsərin, o cümlədən, 10 dərsliyin, 34 dərs vəsaitinin, 1 metodiki vəsaitin, 4 proqramın, 5 monoqrafiyanın və s. müəllifidir.
Rövşən Zülfüqar oğlu Hümbətəliyev Nyu-York Elmlər Akademiyasının həqiqi (2015-ci ildən), Rusiya Təbiətşünaslıq Akademiyasının (2016-cı ildən müxbir və 2019-cu ildən həqiqi üzvü), Rusiya İnformatika Elmləri Akademiyasının həqiqi üzvü (2017-ci ildən), Beynəlxalq Pedaqoji Elmlər Akademiyanın müxbir (2015-ci ildən), Rusiya Dağ Elmləri Akademiyasının xarici (2019-cu ildən), Beynəlxalq Təbiətşünaslıq Akademiyasının (2016-cı ildən), Avropa Təbiətşünaslıq Akademiyasının Şotlandiya və Böyük Britaniya şöbələrinin həqiqi (2016-cı ildən), Avropa Təbiət Elmləri Akademiyasının həqiqi (2020-ci ildən), Türkiyə Beynəlxalq Araşdırmalar Elmlər Akademiyasının həqiqi (2021-ci ildən) üzvüdür.
Rövşən Zülfüqar oğlu Hümbətəliyev Avropa Elm Mərkəzinin təsis etdyi "A.Nobel", "M.V.Lomonosov", "V.Leybinis", "İ.Nyuton", "Avropada Keyfiyyət", "K.Uşinski" qızıl medalları, Rusiya Təbiətşünaslıq Akademiyasının təsis etdiyi "Təhsildə novatorluq" qızıl medalı, "Yekaterina Velikaya" və "Aleksandr Velikiy" ordenləri, Türkiyə Beynəlxalq Araşdırmalar Elmləri Akademiyasının "Qızıl Tac" qızıl medal ilə təltif edilib, Rusiya Təbiətşünaslıq Akademiyasının "Əməkdar elm və texnika xadimi" fəxri adına layiq görülüb.
Rövşən Zülfüqar oğlu Hümbətəliyevin 2014-cü ildə Rusiya Elmlər Akademiyasının "Nauka" nəşriyyatında nəşr olunan monoqrafiyası və üç dərs vəsaiti ABŞ-in Nyu York şəhərində "BookEkspo-2019", Avstriyanın Vyana şəhərində "WienBich-2019", Çin Xalq Respublikasının Honq Konq şəhərində "HONG KONG-2019", 2020-ci ildə İspaniyanın Barselona şəhərində "LİBER BARSELONA-2020", Almaniyanın Frankfurt şəhərində "FRANKFURTER BUCHMESSE-2020" və "FRANKFURTER BUCHMESSE-2021", İspaniyanın Madrid şəhərində "LİBER MADRİD-2021", İngiltərənin London şəhərində "LONDON BOOK FAİR-2021" beynəlxalq elmi-pedaqoji kitab sərgilərində qızıl medallara layiq görülüb. Rövşən Zülfüqar oğlu Hümbətəliyev 2021-ci ilin may ayında BMT-nin ictimaiyyətlə əlaqədar UNCOPA təşkilatının "Elm və sülhməramlı" səfiri seçilib və həm də Rusiya Federasiyasının BMT-də akreditə edilmiş "Dolqi Çest" ordeninə layiq görülüb.
Rövşən Zülfüqar oğlu Hümbətəliyev ailəlidir, iki qızı və bir oğlu var.