
ABŞ hökuməti keçən il Nyu-Yorkdakı Kolumbiya Universitetində Fələstin etirazlarına rəhbərlik edən fələstinli aspirant Mahmud Xəlilini saxlayıb.
Məlumata görə, saxlanıldıqdan sonra onun yaşıl kartı ləğv edilib.
Eyni zamanda, ABŞ Dövlət katibi Marko Rubio bu məsələyə dair "X" sosial şəbəkəsində paylaşım edib:
"Amerikada Həması dəstəkləyən şəxslərin vizalarını və ya yaşıl kartlarını ləğv edəcəyik ki, onların deportasiyası mümkün olsun”, – deyə o bildirib.
Qeyd edək ki, Donald Tramp ABŞ prezidentliyinə namizəd olduğu dövrdə universitet kampuslarında Fələstinə dəstək aksiyalarında iştirak edən tələbələrin əgər ABŞ vətəndaşıdırsa, həbs ediləcəyini, əcnəbi olduqları halda isə ölkədən çıxarılacağını vəd etmişdi.