İsrail dayanmayacaq: hədəf budur - Sensasion plan
Tarix: 12.10.2023 / 10:35 •
Oxundu: 112 dəfə •
HƏMAS-ın İsrailə qarşı gözlənilməz hücumundan sonra rəsmi Təl-Əviv çox sərt şəkildə buna qarşılıq verdi. Hazırda İsrail Qəzza zolağını vurur. Baş verən toqquşmalar nəticəsində mülki insanlar arasında itkilər çoxalır. İsrail Baş naziri Benyamin Netanyahu regional şuraların rəhbərləri ilə görüşü zamanı Yaxın Şərqdəki vəziyyəti dəyişəcəklərini dedi və gücdən istifadə həddindən artıq, qeyri-mütənasib şəkildə artdı. Bəs İsrailin müharibədə son məqsədi nədir? Müharibə nə vaxt bitəcək, İsrail nə vaxt dayanacaq? Məncə, sualın cavabını Trampın 2020-ci ildə ortaya atdığı yeni Fələstin dövlətinin qurulması ideyasında axtarmaq lazımdır.
Bu sözləri İDEAL-a açıqlamasında Şimali Kipr Türk Respublikasının Girnə Amerikan Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi Sadiq Akyar deyib.
“ABŞ-ın o dövrdə prezidenti olan Donald Tramp “Yüz ilin anlaşması” adlandırdığı sülh planını açıqladı və sənədlərin hazırlanmasında əsas rol oynadı. 180 səhifəlik plan Trampın yəhudi əsilli kürəkəni və müşaviri Cared Kuşner tərəfindən hazırlanıb. Planın bir hissəsi kimi 3 il bundan öncə “İbrahim müqavilələri” (Abraham Accords) imzalandı. Sözügedən müqavilələr birinci İsrail və Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn arasında imzalandı, sonra buna Mərakeşlə Sudan da qoşuldu. Müqavilələr tərəflər arasında normallaşmanı, iqtisadi əlaqələrin inkişaf etdirilməsini nəzərdə tutur. “Yüz ilin anlaşması” isə son nəticədə yeni Fələstin dövlətinin qurulmasına xidmət edir. Sənədin əsas məqamları aşağıdakılardır:
- Qərbi Şəriyədə yerləşən yəhudi yaşayış məskənləri istisna olmaqla, yerdə qalan ərazilər ilə Qəzza zolağında yeni bir Fələstin dövləti qurulacaq;
- Yeni Fələstin dövlətinin ordusu olmayacaq, yalnız polis yüngül silahlardan istifadə edə biləcək;
- HƏMAS silahı yerə qoyacaq və fələstinli qruplar İsraili paytaxtı Qüds olan yəhudi dövləti kimi tanıyacaq;
- Qurulacaq yeni Fələstin dövlətinin sərhədləri İsrailin nəzarətində olacaq;
- Qərbi Şəriyədə 100-dən artıq qanunsuz yaşayış məskəni üzərində İsrailin suverenliyi tanınacaq;
- Qüds tamamilə İsrailin tərkibinə keçəcək;
- Planda fələstinli qaçqınların haqlarından bəhs edilmir;
- Layihənin həyata keçirilməsi üçün 50 milyard dollarlıq fond yaradılacaq;
- Qərbi Şəriyə ilə Qəzza zolağını bir-birinə bağlayan dəhlizin inşası üçün 5 milyard dollar sərf olunacaq”, - Akyar bildirib.
Alim hazırda baş verənlərin “Yüz ilin anlaşması” planında qoyulan hədəflərlə üst-üstə düşdüyünü deyib, İsrailin Qəzzada həyata keçirdiyi əməliyyatın siyasi və hərbi hədəflərindən bəhs edib:
“Şərtlərdən də göründüyü kimi, burada hər nə qədər yeni Fələstin dövlətinin qurulmasından bəhs olunsa da, ortada dövlət deyə bir şey yoxdur. Planın qəbul edilməməsi halında ABŞ tərəfindən ayrılan maliyyə yardımları tamamilə kəsilməli, Vaşinqton digər ölkələrdən də yardım ayrılmasını əngəlləməli, məsuliyyət HƏMAS və Fələstin Azadlıq Təşkilatının üzərinə qoyulmalı idi. Burada ən önəmli məqam isə odur ki, ABŞ Qəzza zolağının Qərbi Şəriyəyə birləşməsinə, yeni Fələstin dövlətinin qurulmasına etiraz edən liderlərin cəzalandırılmasında İsraili dəstəkləyəcək. Fikrimcə, bu plan bizə müharibənin nə zaman bitəcəyi haqqında proqnoz verməyə imkan verir. Böyük ehtimal odur ki, əməliyyatlar HƏMAS-ın Qəzzadakı yaraqlıları təmizlənənədək davam edəcək, sonra orda nəzarət, Qərbi Şəriyədə olduğu kimi, tamamilə İsrailə keçəcək, yaşamaq istəyən fələstinlilər qalacaq, yaşamaq istəməyənlər isə Misirin Sina yarımadasında qurulacaq Azad İqtisadi Bölgəyə gedəcək. Bütün sadaladığımız proseslər yekunlaşandan sonra İsrailin vasitəçi qəbul edəcəyini söyləyə bilərik. Ancaq İsrailin dövlət rəhbərlərinin dediyi kimi, gücdən ifrat şəkildə istifadənin artması təhlükəsizlik sahəsində problemləri çoxaldacaq. Çünki müharibənin yayılma riski var. Yəni bütün bunlar fonunda İsrailin hazırki əməliyyatlarının siyasi hədəfi nəzarətdə olan “yeni Fələstin dövləti”nin qurulmasını təmin etmək, hərbi hədəfinin isə Qəzzadakı sakinlərin böyük bir qisminin oranı tərk etməsinə nail olmaqdır”.