Bakı şəhər sakini vətəndaş İaradanguliyev Marina Mahmud qızı Prezident Cənab İlham Əliyevə, Hüquq Mühafizə Orqanlarına, İDEAL MEDİA group-na müraciət etmişdir.
Müraciətdə deyilir: “2020-ci ilin fevral ayında mənə qarşı dələduzluq cinayəti törətmiş Günay Əkbərova barəsində cinayət işi başlanması və cinayət məsuliyyətinə cəlb edilməsi üçün Bakı şəhəri, Nizami rayonu polis idarəsinə müraciət etmişəm. Uzun müddət hüquq mühafizə orqanları Günay Əkbərova adlı şəxsi cinayət məsuliyyətindən yayındırmaq istəmiş. Lakin mənim çoxsaylı şikayətlərin nəticəsinə, 2020-ci ilin oktyabr ayının 17- də Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsi təərfindən cinayət işi başlanmışdır.
Cinayət işi üzrə Zamiq Şükürov adlı şəxs təqsirləndirilən şəxs kimi məsuliyyətə cəlb olunsa da , lakin məni Zamiq Şükürovla tanış edən Günay Əkbərova adlı şəxs cinayət məsuliyyətinə cəlb edilməmişdir. Və ümumilikdə onun cinayətkar əməlinə heç bir hüquqi qiymət verilməmişdir. Halbuki Günay Əkbərovanın Zamiq Şükürovla qabaqcadan əlbir olan bir qrup şəklində cinayət törətməsi açıq-aşkar aydındır. Məndə bununla bağlı kifayət qədər sübutlar (səs yazıları, elektron yazışmaların şəkilləri) vardır. Həmin sübutlarda Günay Əkbərova cinayətin törədilməsində iştirakçılıq faktını pulun məndən alınmasını etiraf edir. Həmçinin Günay Əkbərova və Zamiq Şükürovun eyni telefon nömrəsindən istifadə etməsi onların əlbirlik faktını sübut edən başqa faktdır. İstintaqda ifadə verərkən mən bu sübutları Nizami Rayon Polis şöbəsinə təqdim etsəm də , lakin istintaq orqanı həmin sübutları qəbul etməkdən, cinayət işi materiallarına əlavə etməkdən, sübutlara hüquqi qiymət verməkdən yayınmışıdr. Halbuki Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin tələblərinə əsasən istintaq orqanı iş üzrə bütün halları ətraflı araşdırmalı, sübutları qiymətləndirərək hüquqi qiymət verdiyi olduğu halda, lakin istintaq orqanı öz vəzifə funksiyalarını qanunsuz olaraq yerinə yetirməmişdir. Bəzən hətta heç bir əsası olmayan absurd bəhanələrlə sübutların qəbulundan imtina edilmişdir. Müstəntiq telefonda yazışmalarını rus dilində aparılması əsas götürülərək məzmununu düşmədiklərini bildirmişdilər.
Prokurorluq orqanları, o cümlədən istintaqa nəzarəti həyata keçirən Bakı şəhəri, Nizami rayon prokurorunun köməkçisi Günay Məmmədli istintaqa nəzarət funksiyalarını düzgün icra etmədiyi üçün istintaqın əsassız uzadılması və bütün təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməməsi halları baş vermişdir.
Sonradan Zamiq Şükürov mənə dəymiş ziyanı ödədiyi üçün mən ona qarşı şikayətim olmadığına dair istintaqa ərizə təqdim etmişdim. Bundan sonra Bakı şəhəri Nizami rayon Polis idarəsinin istintaq şöbəsi tərəfindən, Günay Əkbərova tərəfindən mənə qarşı dələduzluq törədilməsi üzrə cinayət işindən materiallar ayıraraq, baxılması üçün Günay Əkbərovun yaşadığı yer üzrə Bakı şəhəri, Binəqədi rayon polis idarəsinə göndərilmişdir.
Nəzərə alınmalıdır ki, Azərbayacan Respublikası Cinayət Prosessual məcəlləsində cinayət işi materiallarının ayrılması ilə bağlı məsələləri tənzimləyən 50-ci və 211-ci maddələrində ayrılmış cinayət işinin araşdırılması üçün cinayət törətmiş şəxsin yaşadığı yerə göndərilməsi nəzərdə tutulmamışdır. Halbuki , Məcəllənin 50.1 –ci maddəsinə əsasən cinayət təqibi üzrə icraatın ayrılmasına yol verilir. Məcəllənin 211.3 – cü maddəsinə əsasən həmin Məcəllənin 211.2 –ci maddəsində nəzərdə tutulmuş şərtlərdən biri və ya bir neçəsi mövcud olsa da cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında araşdırılmasına maneələr olduda başqa cinayət işi ayrıla bilməz.
Mən Bakı şəhəri, Nizami rayon prokurorunun köməkçisi Günay Məmmədli ilə danışarkən bildirmişdir ki, guya Zamiq Şükürovla bağlı ayrıca dələduzluq epizodu üzrə cinayət işinə xitam verilmiş, lakin onunla Günay Ələkbərovanın birgə mənə qarşı dələduzluq faktı üzrə cinayət işinin istintaqı aparılır və materiallar Bakı şəhər prokurorluğundadır. Lakin sonradan mənə məlum olmuşdur ki, Nizami rayon prokurorluğu cinayət işinə Zamiq Şükürova aid hissədə xitam verilmiş, Günay Əkbərova və Zamiq Şükrovun qabaqcadan əlbir olaraq mənə qarşı dələduzluq törətməsi hissədə cinayət işi deyil, material ayıraraq Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinə göndərilmişdir.
Uzun müddət süründürməçilik hallarına yol verdikdən sonra Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Vüsal Rzayev tərəfindən 14 mart, 2022-ci il tarixli “ Cinayət işinin başlanmasının rədd edilməsi haqqında “ qərar qəbul edilmişdir.
Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Vüsal Rzayev öz qərarını belə əsaslandırmışdır ki, guya Günay Ələkbərovanın dələduzluq cinayəti törətməsi sübut olunmamışdır. Halbuki, Günay Ələkboravanın mənə qarşı dələduzluq cinayəti törətməsi çoxsaylı sübutlarla, səsyazıları ilə təsdiq olunur.
Aşağdakı səsyazılarına əsasən Günay Əkbərova məndən müxtəlif vaxtlarda guya biznes fəaliyyəti üçün xeyli miqdarda pul aldığını, Zamiq Şükürovla əlbir olduğunu, məndən aldığı pulları ona verdiyini etiraf edir. Daha aydın olması üçün bildirirəm ki, bu məktuba əlavə etdiyim diskə yazılmış səs yazıları və fotoşəkillərdən aşağıdakılar görünür.
- Əlavə 1 (səs yazısı) – Səs yazısından göründüyü kimi, Günay Əkbərova etiraf edir ki, mənim on min pul vəsaitim ondadır.
- Əlavə iki ( səs yazısı)- səsyazısından göründüyü kimi Günay Əkbərova etiraf edir ki, mənim on min və beş min pul vəsitim ondadır.
- Əlavə 3 ( səs yazısı) – Səs yazısından göründüyü kimi , Günay Əkbərova məndən biznes fəaliyyətinə başlamaq üçün pul vəsaiti gətirib ona verməyimi istəyir.
- Əlavə 4 ( səs yazısı) – Səsyaısından göründüyü kimi, Günay Əkbərova mənə pul verməli olduğunu etiraf edir.
- Əlavə 5 (səs yazısı) – Səs yazısından göründüyü kimi pulumu yığıb və mənə yalnız şəkildə göstərəcəyini bildirmişdir.
- Əlavə 6 ( səs yazısı) - Səs yazısından göründüyü kimi, Günay Əkbərova ona verilmiş yeddi min manatla bağlı etiraf edir, pulun həmin gün Zamiq Şükürova verilməli olmasını və onunda mal sifariş edəcəyini bildirir.
- Əlavə 7 ( səs yazısı ) – Səs yazısı Günay Əkbərova və Zamiq Şükürovun cinayət törədilməsində iştirakçılıq faktı təsdiq edir. Günay Əkbərov və Zamiq Şükürov hər ikisi danışaraq guya birgə taxta material gətirdiklərini bildirirlər. Əlavə 8 (səs yazısı) – Səs yazısı Günay Əkbərova və Zamiq Şükürovun cinayət törədilməsində iştirakçılıq faktı təsdiq edir. Zamiq Şükürov danışaraq guya birgə satışa taxta material gətirdiklərini bildirirlər.
- Əlavə 9 ( səs yazısı) – Səs yazısına əsasən Günay Əkbərova məni taxta gətitilməsi biznes fəaliyyətinə qoşulmağa və pul verməyə təhrik edir.
- Əlavə 10 (səsyazısı) – Səs yazısına əsasən Günay Əkbərova taxta gətirilməsi biznes fəaliyyətinə qoşulmağa və pul verməyə təhrik edir.
- Əlavə 11 ( səs yazısı) – Günay Əkbərova ilə aramızda danışıq faktları.
- Əlavə 12 (səs yazısı) – Günay Əkbərova ilə aramızda danışıq faktları.
- Əlavə 13 ( 25 mart 2016-ci il tarixinə aid yazışmaların şəkli)- pulumunun onda olmağı ilə bağlı Günay Əkbərova etiraf edir. Məni həvəsləndirir ki , guya gəlir əldə edərək ev və maşın alacağam.
- Əlavə 14 (23 mart 2016-ci il tarixinə aid yazışmaların şəkli) – Günay Əkbərovadan pulların yığmasını Zamiq Şükürova deyib- demədiyini soruşaram, oda həmin vaxt heç kimə hesabat verməli olmadığını deyib. Bununlada pulumu özümdə saxlamağını Günay Ələkbərova etiraf edir.
- Əlavə 15 ( yazışmaların şəkli) – Günay Əkbərova təhrikçi kimi cinayətdə iştirkçılıq faktını təsdiq edir. Belə ki, o məni taxta gətirilməsi işinə qoşulmağa həvəsləndirir.
- Əlavə 16 (yazışmaların şəkli) – Günay Əkbərova təhrikçi kimi cinayətdə iştirakçılıq faktını təsdiq edir. Belə ki, o məni taxta gətitilməsi işinə qoşulmağa həvəsləndirir. Bildirir ki , mən işə tez qoşulmadığım üçün ayda 5 min manat itirirəm.
- Əlavə 17-27 (yazışmaların şəkli)- Günay Əkbərova ilə aramızda yazışmaların olmasını təsdiq edən şəkillər;
Həmçinin nəzərə alınmalıdır ki, Günay Əkbərova guya danışıqlardakı işlədilən 10.000 pul söhbətini aramızda olmuş digər mülki işdə olan 10.000 manat məsələsi ilə eyniləşdirməklə məsuliyyətdən yayınmaq istəyir. Lakin nəzərə alınmalıdır ki, həmin 10.000 manatı mən Günay Əkbərovaya uşağının dərslərinə görə pulu ödəməyə imkanı olmadığı üçün notariat qaydasında borc müqaviləsi bağlamaqla vermişdim. Hazır ki, 27.790 dollar pulun həmin mülki işə heç bir aidiyyatı yoxdur. Yuxarıdakı danışıqlardan da göründüyü kimi, Günay Əkbərova məni biznes fəaliyyətinə başlamağa həvəsləndirir. Mənim guya işə başlamağı gecikdirdiyim üçün aylıq pul itirdiyimi bildirir. Aldadaraq pulu məndən alır, bir səsyazısında məndən alıdığı pulu Zamiq Şükürova verdiyini etiraf edir.
Cənab Prezident!
Dələduzluq cinayəti 3-cü ildir ki,hakimiyyət resurslu quldur dəstənin alqı-satqı predmetidir.Kimə?, Hara? Müraciət edəcəyim ünvanları rüşvət,sifariş,tayfabazlıq,eşqbazlıq cəngəlliyi basıb....
Aşkar cinayət faktı üzrə hüquqi dövlətin mahiyyətinə uyğun zəruri tədbirlər görməyi Sizdən xahiş edirəm.”
P.S. Dələduz cinayət faktı diqqətimizdədirNaila İbadova