XUMAR XANIM GÜVƏNƏ BİLƏCƏYİ DÖVLƏT AXTARIŞINDA...
Bakı Şəhəri, Pirşağı qəsəbəsi Əjdər Məlikov küçəsi 31 A ünvanında yaşayan Cabbarova Xumar Fizuli qızı Prezident İlham Əliyevə, Hüquq Mühafizə Orqanlarına və İDEAL Redaksiyasına “Şikayət” ünvanlayıb.
Şikayəti olduğu kimi dəyərli oxucularımızın diqqətinə çatdırırıq:
“Həyat yoldaşım Cabbarov Emildən boşanmaq üçün fevral ayının 16-si” nigahın pozulması övladlarımın yanında qalması” və.s İddiasi ilə Suraxanı rayon məhkəməsinə müraciət etmişəm.Bu tarixədək ailə məişət zəmnində çoxsaylı mübahisələrimiz olurdu.
Həyat yoldaşıma hər dəfə boşanacağımı bildirdikdə,müxtəlif hədələrlə, əgər elə bir addım atsan məni ve övladlarımı öldürəcəyini bildirirdi. Fevral ayının 4-u uşaqlarımı məndən xəbərsiz baxçadan götürərək mənə məlum olmayan yerə aparmış bir neçə saat sonra isə yaşadığım evde məni xalası oğlu Ruslan Xuşmətov, atası Mansur Cabbarov ilə birlikdə bıçaqla qorxudaraq danışdırıb səsimi yazıb, eləmədiyim hərəkətləri,demədiyim sözləri dedizdirirdi.
Egər uşaqlarını, sağ görmək istəyirsənsə bunları eləməlisən deyən bildirirdi. Həyat yoldaşım uzun müddət ağır psixi müalicə alan insan olduğundan, qorxumdan dediklərinə inanırdım. Həmin gün məni ayaqyoluna belə tək getməyə qoymayıb psixoloji işgəncələr verməyə başladılar. Qəflətən halım pisləşdi və dərhal içəri “Təcili tibbi” yardım daxil oldu, bunlar əvvəlcədən planlaşdırılmışdımı?
Necə oldu ki, dərhal “103” xidmətinə zəng etmədən təcili yardım əməkdaşları orada bulundular. Sonra bacısı Nərmin Məmmədova həmin evə gələrək mənimlə mübahisə etdi “Sən qudurmusan səni uşaqlarına həsrət qoyacağıq “ deyərək qapının cırpıb getdi. Artıq məni nələr gözləyir bilmirdim. Fevralin 5-i məni evdən qovdular , 6-sı isə yoldaşım özü mənə zəng edərək, uşaqları da gətirirəm görüşək dəyə restorana getməyi təklif etdi, lakin mən maşına əyləşəndə uşaqların maşında olmadığını gördüm hardadılar soruşanda: “Restorana gətirəcəklər mən başqa yerdən gəlirəm” deyə cavab verdi. Getdik Xətaidə yerləşən “Paxlava“ restoranına saat 14:00 radələri idi... Çay sifariş etdi , sonra kabinetə mülki geyimli bir şəxs daxil oldu ve yoldaşımla salamlaşıb görüşdü və mənə bildirdi ki, həyat yoldaşınız barənizdə şikayət ərizəsi ilə BŞBPİ –nə müraciət edib. Siz izahat yazmalısız.
Şok vəziyyətinə düşdüm, yəni aldadılaraq ora aparıldığımı anladım, siz kimsiniz dəyə soruşdum, mülki geyimdə olan o şəxs polis olduğunu bildirdi.Vəsiqəsini təqdim etməsini tələb etdim.
Məlikov Əhməd polis inspektoru yazılmışdı. Mən ona bildirdim ki, əvvəlcə mənə şikayəti göstərin orada qeyd olunmuşdu ki, Həyat yoldaşım Xumar Cabbarova 32-ci polis bölməsinin rəisinin sürücüsü Ramazan Nəbiyevlə qeyri-rəsmi münasibətdədir və yol hərəkəti qaydalarını ciddi şəkildə pozublar.
Şikayətə baxdıqdan sonra bu nə deməkdir? Soruşanda mənə bildirdilər ki, sən sadəcə izahatda adı çəkilən polis nəfərilə narkotik vasitələrin alış- satışı ilə məşğul olduğunuzu vasitəçi kimi ona kömək etdiyinizi qeyd etməlisən. Əhməd Məlikova dedim ki, siz istənilən daxil olmuş şikayət ərizəsinə dair vətəndaşa rəsmi bildiriş göndərməli ən azından telefonla izahata dəvət eləməlisiz , sizin dediklərinizi bura yazacaq qədər savadsız insan deyiləm, sizdən şikayət edəcəyəm. Əhməd Məlikovda üzünü yoldaşıma tərəf tutaraq bunu siz belə istəmişdiniz dedi və oranı tərk etdi.
”102”-yə, Baş Prokurorluğa ,şikayət etdim.Şikayətimə əsasən BŞBPİ-nə çağırıldım və izahat verdim.Lakin mənə çox gülməli cavab verdilər.
“Araşdırılma zamanı məlum oldu ki, polis inspektoru Əhməd Məlikov sizi idarəyə dəvət etməyə təşəbbüs göstərməyib “.
Niyə? Məgər polislər şəxsi fikirlərinə görə hərəkət edirlər, yoxsa qanunun tələbinə görə? Həmin gündən may ayının 16-dək həyat yoldaşım Cabbarov Emil,Əhməd Məlikov kimi polislərin hesabına övladlarımı müxtəlif yerlərdə gizlədərək mənə göstərməmişdir. Suraxanı rayon məhkəməsi iddianın təmin tədbiri olaraq boşanmayadək azyaslı qızlarımın yanımda qalması qərarı versə də, dəfələrlə qərarı icra etməkdən yayınmış mart ayının 5-i axtarışa verilib.Axtarış qeydiyyatı üzrə Suraxanı rayon Qaraçuxur qəsəbəsi 32-ci PB-nə ərazi üzrə sahə müvəkkili Berzu Həşimovun icraatında idi. Berzu Həşimov mənim bir ana kimi göz yaşlarıma məhəl qoymayıb öz maraqlarını güdüb axtarış qərarını icra etməmişdir.
2 ay Oğuz rayonunda gizlənib , qeyri-qanuni yollarla Oğuz rayon İcra Hakimiyyətindən saxta arayış almaqla Suraxanı rayon İcra və Probasiya təqdim etmişdir. İlk gündən ona himayədarlıq edən Suraxanı rayon İcra və probasiya şöbəsinin rəisi Nazim Nərimanov tərəfindən zərurət aradan qalxdığı üçün axtarışa xitam verilib. Övladlarımı Oğuz rayonunda interpolda dələduzluq maddəsilə 15 ildi axtarışda olan qohumu Rasim Xusmətovun evində saxlamışdır.Orada olduqlarını bildikdə övladlarımı tələb etmək üçün həmin ünvana getdim və övladlarımın gözləri qarşısında döyülərək təhqir olundum.
Bununla bağlı Oğuz rayon Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etdim. Ekspertizadan da keçdim lakin iş üzrə təhqiqatçı Kamal naməlum səbəbdən işə xitam qərarı verdi.Qərardan Oğuz rayon məhkəməsinə şikayət etdim və saxta qərar ləğv olundu.İş hələdə baş təhqiqatçı Səid Abbası tərəfindən araşdırılır. Sonuncu dəfə may ayının 8-i təkrar axtarışa verildikdə DİN-ə teleqramla müraciət etdim axtarış qərari icra olundu. Beləki may ayının 16-sı uşaqlarımın artıq Bakıda olduğunu və hansı baxçaya getdiklərini müəyyən etdim və həmin baxçadan usaqlarımı götürmək istədim.Lakin baxça müdirəsi uşaqlari verməyəcəyini bildirdikdə aramızda mübahisə yarandı.
“102” çağrı xidmetine zəng edib Bakıxanov qəsəbəsində yerləşən Kinderisland baxçasına polis çağırdım , baxça müdiri də yoldaşıma zəng edib, uşaqların anası burdadı deyə bildirdi və yoldaşım da öz ailəsi ilə dərhal gəldi. Polisin yanında mənə və uşaqlarıma hücum edirdilər. Polislə bölməyə gedib aydınlaşdırmalı olduğumuzu bildirdikdə, həyat yoldaşım Cabbarov Emil polisə “sən kimsənki mənim uşaqlarımı bölməyə aparasan“ dedi və polisə müqavimət göstərdiyi üçün 13-cü polis bölməsinə xüsusi şəkildə ( qolu qandallı) aparıldı. Polis rəisinin qəbulunda olduq məhkəmə qərarını oxuduqdan sonra hər kəsə aydın olduki uşaqlar anası ilə qalmalıdır və Cabbarov Emilin axtarış və məcburi gətirmə qərarı var deyə oradan 32-ci bölmənin əməliyyatçıları onu götürərək Suraxanı rayon İcra və probasiya şöbəsinə təqdim etdilər və məhkəmə qarşısına çıxardılar. Lakin oradan da naməlum səbəblərdən sərbəst buraxıldı. Heç bir inzibati məsuliyyətə cəlb olunmadı.
Bundan sonra hər gün müxtəlif polislər, eləcə də müstəntiq Orxan Knyazov 050 277 95 66 Sabuncu polis idarəsindən mənə zəng etməyə uşaqlarımla birgə məni idarəyə dəvət etməyə başladılar. Rəsmi bildiriş tələb etdikdə kobud cavablar verirdilər. Çünki hər biri qanunsuz zənglər idi, hər dəfə “102“ xidmətinə müraciət etmişəm zərərsizləşdiriblər. Sonra Emil Cabbarov uşaqlarla görüşmək üçün Suraxanı rayon məhkəməsinə müraciət etmişdir. Ona həftədə 2 dəfə görüş verilmişdir. Mən bu görüşün qətnaməyədək mümkünsüz olduğunu hesab edirəm, çünki bu günəcən uşaqlarımı mənə göstərməyən qeyri -qanuni yollarla gizlədən 4 ay səslərinə belə həsrət qoyan bir ataya mən inanıb uşaqları verə bilmərəm.
Uşaqları özlərində saxladıqları dövrdə, psixoloji sarsıntı yaşadıb, onları incidiblər. Bununla bağlı iyunun 1-i Sabuncu rayon İcra Probasiya şöbəsi barəmdə qeyri-qanuni axtarış qərarı qəbul edib. Baxmayaraq ki, bütün bu baş verənləri icra məmuruna izah etmişəm, qərarın icrası mümkün deyil deyə məhkəməyə müraciət etməli və əsaslandırmalı olduğu halda barəmdə axtarış qərarı verib.
Aidiyyatı üzrə 15-ci polis bölməsinə göndəriblər.Orada Yaşar Əhmədov adlı polis mənə zəng edib hədə-qorxu gələrək uşaqlarımı da götürüb bölməyə gəlməli olduğumu bildirirdi, eləcə də mənim işdə uşaqlarımın baxçada olduğu dövrlərdə yaşadığım Pirşağı qəsəbəsindəki evimə gələrək saatlarla oturmuş “ düzünü deyin Xumar hardadı deyə təzyiqlər etmişdir“.
Sonuncu dəfə Vəkilim Ruslan Qaziyevə zəng edərək “sən polisə kömək etməlisən vətəndaşı tapmaq üçün“ dəyərək mənim ziyanıma müqavilə bağlamaq üçün ona qeyri-prosessual təkliflər etmişdir.
Bununla bağlı “102” xidmətinə, DİN-ə teleqram göndərmişəm , Baş Prokurorluğa şikayətimi bildirmişəm. Lakin bir cavab verən olmayıb. 15-ci bölmənin keçmiş rəisi İlham,yoldaşımın xalası qızının həyat yoldaşıdır. Keçmiş əlaqələrin bu zəngləri etdirdiyinə şübhə etmirəm. Növbəti qanunsuz zəng 15-ci bölmənin əməkdaşı Turqay Esgərovdan gəlmişdir ki, guya adıma olan nömrə cinayət işində araşdırılır rəsmi bildiriş tələb etdikdə isə göndərilməmişdir. Məqsədinə çata bilməyən həyat yoldaşım Cabbarov Emil yenidən müxtəlif yollara əl ataraq məni rahat yaşamağa qoymur. Mənə böhtan ataraq KIV vasitəsilə deputat Elman Nəsirli ilə sevgili olduğumu deyərək şərəf ve ləyaqətimi alçaltmışdir.
”Xüsusi ittiham” qaydasında Suraxanı rayon məhkəməsinə müraciət etmişdim.Emil Cabbarov heç bir sübut təqdim etməmiş, lakin hakim Elnur Nuriyev sehirli qərar çıxarmışdır ki, burada cinayət tərkibi yoxdur. 189 ve 8555 Taksi şirkətlərinə zəng edib mənim nömrəmdən verilmiş sifarişlərin ünvanlarını soruşmuşdur.
Bunun araşdırılıması üçün 13 iyulda polisə şikayət etmişəm. Hələ cavab yoxdur. Qardaşımın hazırda Azərbaycanda olmadığını bildiyindən ,özünə dost seçdiyi növbəti naməlum polislə qardaşımın Bakıda yaşadığı ünvana Xırdalan şəhəri Kristal Abseron 1 , 7-ci bina 3-cü mərtəbə 75-ci mənzilə yaxınlaşaraq qonşulardan hansısa izahata qol çəkmələrini tələb etmiş və bura hansı məqsədlə gəldiklərini bu barədə heç kəsə deməməli olduğlarını bildirərək hədələmişlər. Son bir neçə gündür qohumlarıma zəng edərək hədə qorxu gəlir, Xumarın “yaşadığı yeri basacam” dəyərək reketlik edir.
2 azyaşlı övladım və mən rahat yaşaya bilmirik ki, hər an nəsə ola bilər. Və körpələrim bundan qorxu həyəcan yaşayır. Fevral ayından bu yana çoxsaylı müraciətlərim olub “102”- yə, DİN-ə digər dövlət qurumlarına. Vətəndaş kimi Azərbaycan kimi azad ölkədə rahat yaşaya bilmirəm mən sizdən yuxarı kimə dəməliyəm problemimi?
Mən tək gənc ana kimi əziyyət çəkirəm sonuncu ümid yeri kimi sizə müraciət edirəm. İnanıramki vəzifəsindən rütbəsindən sui–istifadə edən bəzi polis məmurlarının özbaşınalığına son qoyacaqsınız. Öz həyat yoldaşını bir gün polislə, bir deputatla sevgili olduğunu iddia edən, şərəfsiz barəsində ölçü götürəcəyinizə ümid edirəm.
P.S.Qarşı tərəfin də söz haqqı tanınır.