Azərbaycanda böyük gəlirlə işləyən lombard şirkətinin SƏHMLƏRİ SATIŞA ÇIXARILDI – QİYMƏT, ŞƏRTLƏR
Tarix: 09.05.2023 / 10:09 •
Oxundu: 98 dəfə •
Mayın 11-də Bakı Fond Birjasında (BFB) “GL” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi – satışı baş tutacaq.
İDEAL xəbər verir ki, satış çərçivəsində şirkətin 25 ədəd səhmi satılacaq, onların hər birinin nominal qiyməti 2005 manatdır.
Qeyd edək ki, “GL” ASC daşınar əşyaların girov qoyulması müqabilində qısamüddətli kreditlərin verilməsini həyata keçirən və daşınar əşyaları saxlamaya qəbul edən kommersiya hüquqi şəxsdir. «Təşkilat təminatlı kredit bazarında rəqabət aparır» deyə şirkətin təqdimatında bildirilir – sadə şəkildə desək, GL lombard kreditləri verən şirkətdir.
Şirkətin sahibi Quliyev Fərman Eldar oğludur- hazırda şirkətin 102 səhmi var və bütün səhmlər bu şəxsə məxsusdur.
Bakı Fond Birjasında kütləvi şəkildə yerləşdirilməsinə baxmayaraq böyük ehtimalla şirkətin yeni səhmlərini də indiki sahibi və onun razılıq verdiyi şəxslər alacaq.
Məsələ bundadır ki, emissiya prospektinə əsasən, səhmlər abunə üsulu ilə yerləşdirilir, burada isə 2 gün ərzində səhmləri almaq üçüü üstün hüququ olan şəxslər müraciət edə bilər, yalnız bu müraciətlər toplanandan sonra səhm qalarsa, burada kənar investorlar da iştirak edə bilər. Adətən şirkətlərin sahibləri ilk 2 gündə bütün səhmləri götürürlər, ona görə də başqa investorrun buradan səhm alması şansı olduqca aşağıdır.
Belə belə olan təqdirdə nə üçün şirkətin sahibləri səhmləri birja vasitəsilə yerləşdirirlər? – Ona görə ki, yeni qanunvericiliyə görə, birja vasitəsilə yerləşdirilən kağızlardan gələn gəlir – yəni səhm sahiblərinin gəliri vergiyə cəlb edilmir.
Bu isə ciddi məbləğdir. «GL» ASC-nin 2020-ci il, 2021-ci il, eləcə də hələlik tam təsdiqlənməyən 2022-ci il üzrə hesabatına görə şirkət ciddi gəlirlər əldə edir.
Belə ki, 2020-ci ildə şirkətin xalis mənfəəti 1,8 milyon manat, 2021-ci ildə 3,54 milyon manat, 2022-ci ildə isə 3,43 milyon manat olub.
Bu vəsaitin 10%-i vergi kimi tutulsa, təkcə 2022-ci il üzrə 340 min manat edir.
«GL» ASC-nin gəlirliliyi əla səviyyədədir və hazırda ölkədə bençmark kimi qəbul edilən bank sektorunun orta gəlirliliyini üstələyir.
Son iki ildə şirkətin aktivləri 10 milyon manat artıb, yəni 2020-ci ildə 29,6 milyon manat idisə, 2022-ci ilin sonuna 40,4 milyon manat olub. Şirkətin kredit portfeli də eyni sürətlə böyüyür – 2020-ci ildə 23 milyon manat olduğu halda, 2022-ci ildə 34 milyon manata çatır.
Üstəlik qarşıdakı dövurdə də gəlirliliyin yüksək olması gözlənilir, gözlənilən gəlir o qədər yüksəkdir ki, «GL» ASC-nin sahibləri ölkədə indiyədək görünməyən şərtlərlə - illik 15% gəlirlə dollar istiqrazları buraxmazdı. Bu, bankların dollar əmanətlərinə təklif etdiyi illik gəlir dərəcəsindən 10-15 dəfə artıqdır.
İstiqrazlarımn Emissiya prospektinə əsasən, İstiqrazlar hər biri 1000 dollar olmaqla 400 ədəd buraxılıb, yəni ümumilikdə 400 min dollarlıq istiqraz yerləşdirilib. Onların dövriyyə müddəti 5 ildir, yəni şərtlərə əsasən bu istiqrazlar öz sahiblərinə ildə 60 min dollar, 5 il ərzində isə 300 min dollar gəlir gətirəcək.
Belə yüksək gəlirli aləti adətən şirkətə yaxın olan investorlar əldə edir – BFB-nin məlumatına görə də, istiqrazların alınması üçün cəmi bir sifariş qeydə alınıb və həmin investor bütün 400 min dollarlıq istiqrazı alıb.