Bu gün:


Vergilər Nazirliyinin yüksək rütbəli əməkdaşları Tapdıq Namazovu necə həbs etdirdi?

Tarix: 10.06.2021 / 12:27  •   Oxundu: 1 497 dəfə  •  

26 mənzilə heç bir ödəniş etməyərək maliyyə arayışları alan Natiq Əliyev və Mahir Xudiyev kimdir?

2016- cı ilin aprel ayının 25- dən Azərbaycanda Prezident İlham Əliyevin sərəncamı ilə “Sahibkarlar günü” qeyd edilir. Statistik rəqəmlərə görə ölkədə 1 milyondan çox sahibkar rəsmi qeydiyyatdan keçib. 

Bu gün haqqında danışacağımız sahibkar 2018- ci il sentyabr ayının 1- dən həbsdə olan, “OMAKS-3” Mənzil – Tikinti Kooperativinin təsisçisi Emin Namazovun atası Namazov Tapdıq Bəhmən oğludur. Qeyd edək ki, Tapdıq Namazovdan bir az sonra oğlu Emin Namazov da həbe edilib.

Qeyd edək ki, 2008-ci ilin 5 fevral tarixində, “OMAKS-3” MTK Vergilər Nazirliyinin Bakı şəhər Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsi tərəfindən qeydiyyatdan keçmiş və Emin Namazov həmin cəmiyyətin təsisçisi və direktoru təyin edilib. Tapdıq Namazovun həbs edilməsinə səbəb isə Emin Namazovun atası olması olub. Belə ki, Bakı şəhəri İcra Hakimiyyətinin 26.04.2012 – ci il tarixli 170 saylı sərəncamı ilə Yasamal rayonu, A. Salamzadə küçəsi 593- cü məhəllədə 1 girişli, 10 mərtəbəli, 54 mənzildən ibarət olan yaşayış binasının tikintisinə “OMAKS-3” MTK-ya icazə verilib. Qeyd edək ki, binaya sərəncam alanda onun üç yer üstü mərtəbəsi inşa edilmiş və 2012- ci ilin sərəncamı ilə sadəcə torpağın təyinatı dəyişdirilib, yaşayış binası olub.

Xatırladaq ki, Tapdıq Namazov bir sahibkar kimi Vergilər Nazirliyində işləyən, özlərini Prezident İlham Əliyevin və Prezidentin Mühafizə Xidmətinin rəisi Bəylər Eyyubovun yaxın qohumu kimi təqdim edən Əliyev Natiq Əli oğlu və Xudiyev Mahir Bilman oğlunun MTK- ya qurduğu oyuna düşüb. 

Belə ki, Tapdıq Namazov uzun illərdir ki, bir sahibkar kimi çoxlu sayda müəssisələr qurub, yüzlərlə Azərbaycan vətəndaşlarını işlə təmin edib və heç bir zaman kiməsə qarşı haqsızlıq etməyib. Vergilər Nazirliyinin əməkdaşlarının oyununa isə 2011- ci ildən onunla şərikli iş birliyində olan Əliyev Raiq Əli oğlunun vasitəsi ilə düşüb.

 2014- cü ildə Tapdıq Namazovun Raiq Əliyevə 80000 (səksən min) manat borcu olduğuna görə onunla bu məsələni yoluna qoymaq üçün Natiq Əliyev və Mahir Xudiyev Tapdıq Namazovla tanış olub. Tapdıq Namazov borcunun əvəzinə Yasamal rayonu, A.Salamzadə küçəsi 593- cü məhəllədə oğlu Emin Namazovun tikdiyi binadan mənzil verə biləcəyini deyib. Tərəflər razılaşıb və 26, 27 saylı mənzillər 102 500 manata sənədləşərək Raiq Əliyevin adına maliyyə arayışları yazılıb. Binanın nə səbəbdən yarımçıq qaldığını soruşanda Tapdıq Namazov həm Vergilər Nazirliyindən, həm də Fövqəladə Hallar Nazirliyindən imkan verilmədiyini bildirib. Natiq Əliyevlə Mahir Xudiyev Tapdıq Namazovdan oğlu Eminin 26 mənzilin(1.6 milyon manatlıq) onların, qohumlarının, yaxınlarının adına maliyyə arayışı yazmaq şərti kömək edəcəklərini söz veriblər. Bundan sonra binanın tikintisinə “krışalıq” edəcəklərini söz verən Natiq və Mahir hər m–ni 470 manatdan yazdırmaqla adları sadalanan şəxslərin adına tam ödəniş olduğunu göstərən maliyyə arayışları alıblar:

Xudiyev Mahir Bilman oğlu 4 sentyabr 2014- cü ildə 115 molan 14 saylı mənzili 48363(qırx səkkiz min üç yüz altmış üç) manata bibisi oğlu Abbasov Etibar Əbülfət oğlunun adına sənədləşdirilib, maliyyə arayışı alıb, ancaq heç bir ödəniş etməyib. 

2015- ci ilin yanvar ayında isə 166 molan 13 saylı mənzili 110000(yüz on min) manata öz adına sənədləşdirib və yenə pul ödəmədən maliyyə arayışı alıb, 1 ay sonra isə “Accsesbank” QSC-yə kredit borcunu bəhanə gətirərək 166 molan mənzili tanışı Səfərəliyev Müstəcab İsmayıl oğluna eyni qiymətə, yəni 110000(yüz on min) manata satıb. M.Xudiyevin istintaqa verdiyi ifadəsindən də görsənir ki, o, mənzilin maliyyə arayışına 1 manat da pul ödəmədən tam ödənişli sənəd alıb, ancaq Müstəcab Səfərəliyevə nağd qiymətə satıb.

Qardaşı Xudiyev Xəqani Bilman oğlunun adına eyni tarixdə, yəni 4 sentyabr 2014- cü il tarixdə 2 mənzili 102,9 molan 3 saylı mənzili 48363 manata, 115,2 molan 2 saylı mənzili isə 54114 manata sənədləşdirərək maliyyə arayışı alıb. Əliyev Natiq Əli oğlu isə taksi sürücüsü işləyən əmisi oğlu Əliyev Elşən İsfəndiyar oğlunun adına isə 2014- cü ilin sentyabr ayından dekabr ayına kimi binadan 6 mənzil sənədləşdirib. Belə ki, 11 avqust 2014- cü ildə 161 molan 1 saylı mənzili 75670 manata, 22 sentyabr 2014-cü ildə 115 molan 50 saylı mənzili 54144 manata, 24 sentyabr 2014- cü ildə102,9 molan 51 saylı mənzili 48363 manata, 20 oktyabr 2014- cü ildə 102, 9 molan 52 saylı mənzili 48363 manata yazdıraraq maliyyə arayışları alıblar. Mənzillərin qiyməti ümumilikdə 356448 manat olub.

Sadıqov Ceyhun İsmayıl oğlunun adına 4 mənzil sənədləşdirilib. Sadıqov Ceyhun isə Mahir Xudiyevin yaxın qohumudur və ümumilikdə 4 mənzilə 248160 manat ödədiyini bildirib. 14 noyabr 2014- cü il tarixli alqı- satqı müqaviləsi 161 molan 37 saylı mənzili 75717 manata, 23 dekabr 2014- cü il tarixli müqavilə ilə 3 mənzili 102,9 molan 39 saylı mənzili 48363 manata, 102,9 molan 40 saylı mənzili 48363 manata və 161 molan 42 saylı mənzilləri sənədləşdirərək maliyyə arayışları alıblar. 

Bundan başqa yuxarıda qeyd etdiyimiz kimi Natiq Əliyevin qardaşı Raiqin adına 2 mənzil sənədləşdirdikdən sonra 2014- cü ilin sentyabr ayında hər biri 161molan 49 və 30 saylı mənzilləri 151340 manata sənədləşdirərək maliyyə arayışları alıblar. Ancaq 1 ay keçməmiş son aldığı hər iki mənzili eyni qiymətə Vəliyulla Sultan oğlu Hüseynova satıb. Nəyə görə 1 ay fərqi ilə eyni qiymətə satıb? Cavab isəodur ki, Raiq öz adına sənədləşdirdiyi mənzillərə görə “OMAKS-3” şirkətinə heç bir ödəniş etməyib. Vəliyulla Sultan oğlu Hüseynov da 2015- ci ilin mart ayında 30 saylı mənzili qardaşı oğlu Ramal Hüseynovun borcunun əvəzinə Bədəlov Anar Cəfərqulu oğlunun adına rəsmiləşdirərək ona verib.

Həmçinin Mahir Xudiyev yaxın dostu Kamilov Heydər Əli oğlunun həyat yoldaşı Çinarə Kamilovanın adına 115molan 41 saylı mənzili 54144 manata sənədləşdirərək maliyyə arayışları alıb. Bu sənədləşmədə 14 oktyabr 2014- cü il tarixində baş verib. Rzayev Azər İbrahim oğlu da 20 0ktyabr 2014- cü ildə anası Sahilə Zeynalovanın adına 115 molan 53 saylı mənzili 54144 manata sənədləşdirərək maliyyə arayışı alıb. Azər Rzayev də Mahir Xudiyevin yaxın dostudur.

Əhmədov Hacı Əhməd oğlu da 20 0ktyabr 2014- cü ildə  115 molan 17 saylı mənzili 95000 manata anası Əhmədova Cariyət Tinov qızının adına alaraq  rəsmiləşdirib.

Qeyd edək ki, Natiq və Mahir Vergilər Nazirliyinin əməkdaşlarının adına da pulu tam ödənilmiş mənzilin maliyyə arayışını alıb. Belə ki, Natiq Əliyev Vergilər Nazirliyinin Lokal Gəlirlər Departamentinin Böyük Dövlət Vergi Müfəttişliyi vəzifəsində işləyən Qasımova Zahirə Yaşar qızının adına 115 molan 2 otaqlı mənzili 48363 manata sənədləşdirərək maliyyə arayışı alıb. Mahir Xudiyev hətta qardaşının tələbə yoldaşı olduğu İsayev Həsən Arif oğlunun adına da 02 mart 2015- ci il tarixində 115 molan 3 otaqlı mənzili 54144 manata sənədləşdirərək maliyyə arayışı alıb.

2015- ci ilin aprel ayında isə 161 molan 18 saylı mənzili 144900 manata Cavadzadə Ağasəf Damad oğlunun həyat yoldaşı Səfərova Gülbəniz Tofiq qızının adına rəsmiləşdirərək maliyyə arayışı alıblar.

Beləliklə sadaladığımız vaxtlarla bağlı Mahir Xudiyev və Natiq Əliyev A.Salamzadə küçəsi 593- cü məhəllədə yerləşən hündür mərtəbəli yaşayış binasının tam hazır olmadığını görərək adlarına maliyyə arayışları yazdırdıqları şəxslərin adından kollektiv surətdə 05 yanvar 2017- ci il tarixində şikayət ərizəsi yazdıraraq Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət ediblər. Həmin vaxt isə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi hazırda Bakı şəhər Prokuroru olan İlqar Abbasov idi. İlqar Abbasov isə Natiq Əliyevə yaxın qohumluq münasibətlərində olan şəxsdir, yəni kirvədilər.

Təbii ki,qohumunun sözündən çıxmayan İlqar Abbasov Tapdıq Namazov və Emin Namazova qarşı Cinayət Məcəlləsinin 178.3.2(külli miqdarda dələduzluq etmə və ya etibardan sui- istifadə etmə), 179.3.2(külli miqdarda mənimsəmə), 308.2( vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olma) və 313(vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlatdırıb. Sonra isə axtarış verdirərək Tapdıq Namazovu İrandan, oğlu Emin Namazovu isə Gürcüstandan İnterpol xətti ilə həbs etdirdi. Qeyd edək ki, Tapdıq Namazovun “OMAKS-3” MTK şirkətinə rəsmi olaraq heç bir aidiyyatı yoxdur, heç bir maliyyə arayışında adı yoxdur. Ancaq Korrupsiyaya Qarşı Mübarizə İdarəsi sifarişi həyata keçirərək Tapdıq Namazovun cinayət işini yekunlaşdıraraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Orada isə adı bir çox qalmaqallarda hallanan hakim Samir İmamverdi oğlu Əliyev Tapdıq Namazovun vəkillərinin təqdim etdiyi sübutlara baxmayaraq, 26 avqust 2019- cu il tarixində onu 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökümdə isə göstərilib ki, Namazovlar vətəndaşlardan ümumilikdə mənzil satışından 2milyon 147 min manat pul alıb. Ədliyyə Nazirliyi məhkəmə ekspertiziyası mərkəzi isə 13.03.2018- ci il tarixli 6410 saylı rəyində göstərilib ki, 15.05.2017- ci il tarixli aktda müəyyən edilmiş binanın tikintisinin indiki səviyyəsinə qədər sırf tikinti- quraşdırma işlərinə sərf edilən 1 milyon 489 min manat məbləğində maliyyə vəsaiti xərclənib. Fərq isə 525638,6 manatdır. Hökümlə razılaşmayan Tapdıq Namazov 1-ci   İnstansiya Məhkəməsinin hökmündən Apellyasiya şikayəti verərərək yenidən binaya çəkilən xərclə bağlı ekspertizanın keçirilməsini tələb edib.

Eyni idarə, yəni məhkəmə ekspertizası mərkəzi binada yenidən ekspertiza keçirir və ekspert İlham Xudiyev gəldiyi rəydə göstərir ki, Yasamal rayonu, A.Salamzadə küçəsi 593- cü məhəllə ünvanında  “OMAKS-3” MTK tərəfindən inşa edilmiş yaşayış binasının tikintisi üçün yerinə yetirilmir. Tikinti- quraşdırma işlərini orta bazar qiyməti 4.672.710 manat xərclənib. Birinci instansiya Məhkəməsinin qondarma qərarından Bakı Apellyasiya Məhkəməsinə verilmiş şikayət hakim Qədim Babayev tərəfindən direktilər üzrə kazusu ratifikasiya etdi.Baxmayaraq ki, qanunda da göstərilir ki, bəzi maddələr üzrə cinayət işi ekspertizanın rəyindən asılı olaraq, başlanır və ya xitam verilir. Eyni idarənin verdiyi rəylər arasnda fərqin 3 milyon manatdan yuxarı olduğu sənədlərlə də sübut olundu. Yəni 500 min manatlıq mənimsəməsinin olmadığı, əksinə binaya daha çox pulun xərcləndiyi sənədlərlə də göstərilib.

Natiq Əliyev və Mahir Xudiyevin şikayətçiləri kollektiv surətdə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə aparmaqların bariz nümunəsində onların vəkillərinin eyni şəxslər olmasıdır. Deməli M.Xudiyev və N.Əliyev bütün əlaqələrindən istifadə edərək Tapdıq Namazov və oğlu Emin Namazovu həbs etdiriblər. Mahir və Natiqin əlaqələrinə, hansı imkanlarına malik olmaları ilə bağlı apardığımız jurnalist araşdırması zamanı onların əmlaklarının bir hissəsinin siyahısını, kimlərin qohumu olmalarını öyrənə bildik.
 

P.S. Qarşı tərəfin söz haqqını tanıyırıq.
 
Ardı var...
 
Cavid Cama
l