TÜKƏNMİŞ KƏVAKİB
Tarix: 31.01.2021 / 18:06 •
Oxundu: 281 dəfə •
N-1 (235), 5 dekabr 2005-ci il
Əli Həsənovun Əflatun Amaşovu radikal jurnalistlərin it ağzına keçməsinə vasitəçilik edir....
Çalışmalıyıq ki, o, bacardığı işin qulpundan yapışsın. İndi yapışdığı, türkün sözü, alayı şeydir,...Onluq deyil!
Son illərin iqtisadi sıçrayışları mətbuata da təsirsiz ötüşmədi. Məsələn 2000-2001-ci illərə nisbətən ölkədə mətbuat orqanlarının sayı kəskin şəkildə artdı və konkret olaraq bir neçə siyasi qolun iqtisadi durumunun yüksələn xətlə inkişaf etməsi, inhisarçılıqla mübarizə meyllərini tamamilə zəiflədərək sıradan çıxartdı.Əslində, bunun üçün konkret olaraq mübarizə mexanizmləri də yenicə düşünülmüşdü və mərhum prezident Heydər Əliyevin bu xüsusda bir neçə sərəncam və fərmanları da oldu. Mətbuatın mənbələrə olan borcları donduruldu, onlar üçün yararlı biznes plan müqabilində güzəştli predmetlər ayrıldı və s.
Lakin çox keçmədi ki, siyasi qüvvələr, eləcə də siyasi proseslərə təsir marağı və imkanında olan dairələrin iqtisadi durumları arasında balans müxalifətinin ziyanına pozuldu. Artıq 2003-cü ilin prezident seçkiləri ərəfəsində ölkədə mətbuatın monopoliyaya alınması uğrunda ciddi rəqabət başladı. Mətbuat Şurası isə öz funksiyasızlığını belə izah etməyə çalışırdı ki, onun səlahiyyətləri bu tür təzadlı və arzuolunmaz vəziyyətləri aradan qaldırmaq üçün çox məhduddur və bu səlahiyyətlər artırılmalıdır. Getdikcə ictimaiyyət arasında da gözdən düşən bu qurum hadisələrin sonrakı inkişafından tamamilə təcrid edildi. İndi kim-kimə istəyir satılır, kim-kimi istəyir alır, eləsi də var ki, 9-a yaxın kanaldan maliyyə yardımları almaqla hələ də müxalifətçilik etməkdədir.
Qəzet alıcılığının zəifləməsi, artıq düz, tərəfsiz sözün, isbatlı alternativ məlumatlanmaq imkanının hansı qəzeti oxumaqla mümkün olmasını ayırd etməyi çətinləşdirdi. Reklam mühitinin də monopoliyada olduğu bir dönəmdə ayrı-ayrı dairələrin inhisarına düşən qəzetlər artıq qruplaşmalar halını almışdı. Məsələn, AXCP (i) sədri Əli Kərimlinin əleyhinə bir kəlmə yazsan, sənə ən azı 5-6 konkret olaraq ixtisaslaşdırılmış ünvanlardan cavab gələcək. Cənab Kərimlinin maliyyə dəstəyi ilə işıq üzü görən qəzetlər isə bunlardı. "Azadlıq", "Bizim yol", "Milli yol" və ona simpatiyası olan başqa bir neçə qəzet. Rəsul Quliyevin köməyinə möhtac "Bakı-Xəbər", "Hürriyyət", "Ulus" və s, İsa Qəmbərin nəzarətində "Yeni Müsavat", "Müxalifət", "Müsavat" jurnalıdır.
"Yeni Müsavat" qəzeti Namiq Abbasov, Eldar Həsənov, Əli Həsənov, Akif Muradverdiyevdən başqa, həm də ölkənin kriminal strukturları tərəfindən maliyyə dəstəyi alır. Xaricdə yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun inhisarında isə "525-ci qəzet", "Olaylar", "Şərq", "Ədalət", "Olaylar" informasiya Agentliyi, ATV televiziyası, 106, 106.3 FM radiolarıdır. Vaxtında həbs etməsəydilər, iki oliqarx qardaşlar-Fərhad və Rafiq Əliyevlərin də mətbu inhisarçılığı böyüyəcəkdi.
Demək olar ki, ictimai rəyə təsir intensivliyi və imkanları daha geniş olan gündəlik qəzetlərin hamısı sadalanan, ya da adları qeyd olunmayan qrupların maraqlarına xidmət etməkdir. Kifayət qədər təhlükəli və milli mətbuatımızın inkişaf, özünü maliyyələşdirmə meyllərinin qarşısını alan bu tendensiya həm də axmaq bir ənənənin əsasını qoymuş oldu. İndi qəzetçiliyə qətiyyən aidiyyatı olmayan hər kəs cəmi bir neçə saatın içində istədiyi adda qəzetin sahibi və redaktoru ola bilir, sonda da başlayır inhisarçı axtarışlarına. Və bu əcaib proseslər Mətbuat Şurasından olan Əflatun Amaşovun görən gözləri qarşısında baş verir. O isə öz növbəsində ya kabinet davası döyür, ya da az-çox kəskin yazan jurnalistlərin "hüquqi müstəvi"də "cəza"landırılmasına, jurnalistin it ağzına keçməsində vasitəçilik edir....
Təbii ki, iqtidar yönümlü mətbuat da vahid monopoliyadan idarə olunur. Amma ümumi müşahidələr göstərir ki, onlar əsasən büdcə təşkilatlarında çalışan, həm də ümumiyyətlə qəzet oxuyan insanlardır. İqtidar, mənsubları saysız mətbuat orqanlarına xərclənən maliyyənin hədər, əhəmiyyətsiz olduğuna əmin ola bilirlər. İsbata ehtiyac yoxdur ki, iqtidar mətbuatının ictimai fikrə qətiyyən təsir imkanı mövcud deyil. Guman ki, ya təlimatçılar. ya da ki, strategiya dəyişməlidir.
Ümumiyyətlə, Azərbaycanın ən azı 5 il öncəki milli mətbuat ənənələrindən, yaradıcılığın sanbalından əsər-əlamət qalmayıb. Və çoxluq bütün bu "xidmətləri" "Əli Həsənovun Mətbuat Şurası"nın sədri Əflatun Amaşovun ayağına yazır. O isə şəbəkələşmiş mətbuatın "kapitan"larının əsirinə çevrilib, tükəndi... Həm bir Şura sədri, həm bir insan, həm də ən azı bir kişi kimi... Bu şəbəkə isə çətin dağılsın. Hərçənd çətin də olsa dağıdacağıq. Və "İdeal" olaraq çalışacağıq ki, Amaşov bacardığı işin qulpundan yapışsın. İndi yapışdığı, türkün sözü, alayı şeydir... Onluq deyil!
"İDEAL"