"Bu addım atılsa, Qarabağı hərbi yolla almaq mümkün olmayacaq" - AÇIQLAMA
Tarix: 24.09.2020 / 14:11 •
Oxundu: 364 dəfə •
“Ermənistanın Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlər münaqişənin nizamlanması prosesinə maneə törədir. Bu, rəsmi Moskvanın mövqeyidir. Rusiya tərəfi nizamlama prosesində işğal olunmuş 5 rayonun geri qaytarılmasının, əraziyə sülhməramlıların yerləşdirilməsinin və nəqliyyat-kommunikasiya sisteminin bərpa olunmasının tərəfdarıdır”.
idealmedia.az bildirir ki, bu fikirləri Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova ilə görüş zamanı səsləndirib. Sergey Lavrovuz fikirlərini saytımıza şərh edən politoloq Zaur Məmmədov bildirib ki, bu şərtlər Azərbaycana sərf etmir:
"Sergey Lavrovun bildirdiyi bu məsələ əslində yeni bir fikir deyil. Biz bilirik ki, 2016-cı ilin aprel hadisələrindən sonra Azərbaycan və Ermənistanda bu mövzu ekspertlər tərəfindən şərh olunmuşdu. Məsələ burasındadır ki, 5 rayonun qaytarılması əvəzində əraziyə Sülhməramlıların yerləşdirilməsi və nəqliyyat-kommunikasiya sisteminin bərpası ilk baxışdan normal görünsə də, Sülhməramlıların yerləşdirilməsi burada təhlükəli məqamdır. Gürcüstan timsalında biz bu Sülhməramlıların yerləşdirilməsinin nəticəsinin nə olduğunu görürük.
Sülhməramlıların hansı tərkibdə olmasından asılı olmayaraq, əraziyə xarici qüvvələrin yerləşdirilməsi gələcəkdə Qarabağı müharibə yolu ilə almağı çətinləşdirəcək. Düşünmürəm ki, bu təklif qəbul edilər.
Yaxşı olardı ki, Rusiya və digər ölkələr Azərbaycanla Ermənistanı təklikdə buraxsınlar, iki tərəf münaqişəni ya danışıqlarla, ya da müharibə meydanında həll etsin. Hər halda müxtəlif qüvvələr burada öz məqsədlərini güdürlər. Sülhməramlıların yerləşdirilməsi təklifində də ciddi məqsədlər var. Məqsəd Rusiyanın Qafqazda təsirini gücləndirməkdir".
Mövzu ilə bağlı saytımıza danışan politoloq İlyas Hüseynov isə bildirib ki, sözügedən şərtlər Azərbaycan üçün qəbuledilməzdir və bu Qarabağın bizdən alınması deməkdir:
"Bildiyiniz kimi, Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Moskvada səfərdə olan Mili Məclisin sədri Sahibə Qafarova ilə görüşü zamanı beş rayonun qaytarılmasını, kommunikasiyalarin açılması və sülhməramlı qüvvələrin yerləşdirilməsini qeyd edib. Burada əsas plan beş rayon əvəzinə sülhməramlı qüvvələrin yerləşdirilməsi və Ermənistanla sərhədlərin açılmasıdır. Bu plana görə işğal altında olan ərazilər tam olaraq azad olunmur. Rusiyanın sülhməramlı qüvvələrinin buraya yerləşdirilməsi isə bütövlükdə Qarabağın Azərbaycandan alınması deməkdir və Azərbaycan bununla da öz ərazi bütövlüyünü hərbi yolla həllindən məhrum olur. Buna görə də, Azərbaycan XİN Rusiya Xarici işlər naziri Sergey Lavrovun bu bəyanatına cavab verməlidir və belə şərtlərin Azərbaycan üçün qəbuledilməz olduğunu vurğulamalıdır".
"Digər tərəfdən qeyd etmək lazımdır ki, Sergey Lavrovun açıqlamasından sonra Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova nazirin Qarabağ münaqişəsi haqda olan fikirlərinə aydınlıq gətirib. Zaxarova bildirib ki, Rusiya nazirinin sitatının düzgünlüyünə gəldikdə, bu məlumatı gəldiyi mənbələrə yönəltmək istərdim. Buna görə də, düzünü desəm, bunun üzərində dayanmayacağam. Zaxarova ardınca qeyd edib ki, Dağlıq Qarabağ nizamlanmasına gəlincə, bu gün Lavrovun Azərbaycan tərəfi ilə görüşü zamanı, Dağlıq Qarabağın status məsələlərinin həlli, habelə ətrafındakı ərazilərin azad edilməsi daxil olmaqla, əvvəllər səsləndirilən əsas həll prinsipləri müzakirə edilib. Son olaraq Zaxarova Rusiyanın bu mövzuda mövqeyinin yaxşı bilindiyini bəyan edib".