“Azərbaycan artıq seçim etməyə məcburdur”
Tarix: 29.08.2020 / 17:46 •
Oxundu: 123 dəfə •
Avqustun 26-da Rusiyanın paytaxtı Moskvada Azərbaycan və Rusiya Xarici İşlər nazirləri arasında görüş keçirilib. Görüş çərçivəsində Azərbaycan XİN başçısı Ceyhun Bayramov ilə Rusiya XİN başçısı Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin həlli ilə yanaşı, bir sıra digər məsələləri müzakirə ediblər.
Mövzu ətrafında ASMEDİA.AZ-a açıqlama verən Azad Demokratlar Partiyasının (AzDP) sədri, politoloq Sülhəddin Əkbər hesab edir ki, bütün bunların hamısına dünyada və regionda gedən geopolitik proseslər kontekstində baxmaq lazımdır: “Artıq geopolitik inkişaf həm qlobal, həm də regional miqyasda həlledici mərhələyə daxil olub və yeni dünya nizamının quruculuğu üçün həlledici əhəmiyyət kəsb edir. Bu baxımdan, böyük oyunçular, yəni yeni dünya nizamında mühüm yer tutan oyun qurucuları orta və kiçik dövlətlərdən açıq-aydın mövqe sərgiləməsini istəyirlər”.