
:Rusiya ordusu Donetsk vilayətində kənd işğal edib, Sum rayonuna doğru irəliləyib
Rusiya Silahlı Qüvvələri Donetsk vilayətində yerləşən bir kəndi işğal edib və eyni zamanda Sum rayonuna doğru irəliləyiş əldə edib.
“İdealmedia.az” xəbər verir ki, bu barədə məlumat Ukraynanın “DeepState” analitik layihəsinin xəritəsində əks olunub.
Bildirilib ki, Rusiya ordusu Donetsk vilayətindəki Zelenoye Pole yaşayış məntəqəsini nəzarətə götürüb. Həmçinin rus qoşunları Novoselka, Vodolaxov, Lokne və Belovodi istiqamətlərində də irəliləyiblər.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı hələlik bu məlumatı rəsmi olaraq təsdiqləməyib.