Şuşa işğaldan necə azad olunub? – Xarici jurnalistlərin məqaləsi...
Tarix: 16.07.2021 / 09:37 •
Oxundu: 137 dəfə •
“2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri tanklardan və artilleriyadan istifadə edərək təmas xəttində, Azərbaycanla ermənilərin nəzarətində olan Dağlıq Qarabağ arasındakı qeyri-rəsmi sərhəddə hücuma başladı. Erkən döyüşlər, xüsusən də inkişaf etmiş pilotsuz təyyarə sistemləri və uzunmənzilli döyüş sursatlarının istifadəsi zamanı açıq ərazilərdə Azərbaycan hərbi üstünlüyünü açıq şəkildə nümayiş etdirdi”.
Bu, fikirlər Müasir Müharibə İnstitutunun Şəhər Müharibəsi araşdırmalarının rəhbəri, MMİ-nin Şəhər Müharibəsi Layihəsinin həmmüəllifi, Con Spenser və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbində beynəlxalq əlaqələr üzrə bakalavr təhsili alan Harşana Qurhunun 44 günlük Vətən müharibəsindən bəhs edən məqaləsində əks edilib.
Müəlliflər relyefinə görə çətin ərazidə yerləşən Şuşa şəhərinin Azərbaycan ordusu tərəfindən necə ustalıqla azad edilməsini şərh ediblər.
Məqalədə əks olunan fikirləri təqdim edirik:
“2020-ci ilin oktyabrında Dağlıq Qarabağın cənubunda yerləşən, əvvəllər ermənilərin nəzarətində olan ərazilərin əksəriyyəti üzərində nəzarəti əldə etdikdən sonra Azərbaycan quru qoşunları təmas xəttini keçərək daha qərbə doğru irəliləməyə başladı. Oktyabr ayının ortalarına qədər Azərbaycan hərbi qüvvələri Ermənistanı Dağlıq Qarabağla birləşdirən Laçın dəhlizinə doğru irəlilədi və ermənilərin nəzarətində olan əsas şəhərlərdən hesab edilən Hadrutu azad etdi.
Oktyabrın 22-dək Azərbaycan hücumu ilə Laçın şəhərinə və həyati əhəmiyyət kəsb edən dəhlizə altı mil məsafəyə qədər yaxınlaşdı. Sözügedən dəhlizi itirməklə Ermənistanın Dağlıq Qarabağdakı qüvvələrini dəstəkləməkdə çətinliklə üzləşə bilərdi. Cavab olaraq və təzyiqi Laçın dəhlizindən uzaqlaşdırmaq üçün erməni qüvvələri çətin keçilən meşə-dağlıq ərazilərdə hərbi qüvvələrdən istifadə edərək əks hücumlara başladılar və əsas tədarük yolları boyunca pusqu qurdular.
28-30 oktyabr tarixləri arasında Şuşanı düşməndən azad etmək və şəhərin müdafiəsini yarmaq üçün Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələri əraziyə yeridildi. Bəzi məlumatlara görə, Azərbaycan qüvvələrinin dörd yüz hərbçisi 5 gün sıx meşələr və keçilməz yarğanlar arasından ciddi mühafizə olunan Laçın dəhlizindən keçərək ətraf kəndləri mühasirəyə alıblar. Məlumata görə, şəhərə bir çox istiqamətdən və fərqli hədəflərə yaxınlaşmaq üçün yüz nəfərlik qruplara bölünüblər.
Azərbaycan hərbçiləri Şuşaya girmək üçün çətin də olsa, qarşı tərəfin ağlına belə gəlməyən sıldırım qayalara dırmaşmaqla qalxdılar. Erməni ordusu isə bütün gücünü şəhər istiqamətindəki əsas yollara cəmləmişdi.
Zülmət qaranlığa qərq olmuş ətraf, Laçına davamlı hücumlar və erməni əsgərlərinin uğursuz fəaliyyəti Azərbaycanın xüsusi təyinatlı qüvvələrinin Şuşanın müdafiəsini yarmağa imkan verdi.
Oktyabrın 30-da Şuşadan cəmi beş kilometr şərqdə hərbi toqquşmaların baş verdiyi bildirildi. Şəhər artıq sentyabr ayının əvvəllərindən bəri ara-sıra top atəşinə tutulmuşdu və bu da şəhər sakinlərinin əksəriyyətinin qonşu Stepanakertə (Xankəndi) qaçmasına səbəb olmuşdu. Müharibənin bu mərhələsində Şuşanın nəhəng dağların əhatəsində - sıldırım qayalar üzərində yerləşməsi səbəbindən müdafiə olunan erməni qüvvələri hələ də taktiki üstünlüyə sahib idilər. Azərbaycan hərbçiləri şəhərə quru yolla yaxınlaşmağa çalışarkən tez-tez artilleriya, raket hücumları və pusqularla üzləşirdilər.
Noyabrın 4-ü, axşam saatlarında Azərbaycan piyadalarının Şuşanın cənub qayalıqlarının dibindəki Daşaltı kəndinə yaxınlaşan yol uğrunda vuruşduqları barədə xəbərlər gəldi. O günə qədər Azərbaycan tərəfi Şuşanın cənubundakı dağ silsiləsini və Şuşanı Laçın şəhərinə bağlayan Laçın dəhlizinin əsas hissələrinə nəzarəti təmin etmişdi. Həmçinin Azərbaycan ordusu Ermənistanın Şuşanı əhatə edən müdafiə mövqelərini minaatanlardan atəşə tutmağa başlamışdı.
Noyabrın 5-də axşam saatlarında Azərbaycanın xüsusi təyinatlı qüvvələrinin bir qismi əsas yola çatdı və Şuşanın müdafiəsinə kömək etmək istəyən erməni əsgərlərini mühasirəyə ala bildilər. Bu, o demək idi ki, Ermənistandan Şuşaya az miqdarda yardım gələcəkdi. Yəni Həkəri çayı üzərindəki açar körpü dağıdılmışdı və şəhər ən azı üç əsas istiqamətdən mühasirəyə alınmışdı. Bölgədəki nəzarətin itirildiyini bilən Ermənistan hakimiyyəti, Laçın dəhlizini mülki əhalinin üzünə bağladı - səksən müxbir döyüş bölgəsində qaldı.
Noyabrın 6-da Azərbaycanın ordu birləşmələri şəhərin yaxınlığına çatdı. Səhər tezdən Şuşanın müdafiəsinə cavabdehlik daşıyan hissə komandiri, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Arqişti Kərəmyanın şəhəri tərk etdiyi barədə xəbərlər yayıldı. Bu xəbərdən bir müddət sonra Azərbaycan qüvvələri Şuşaya daxil oldu. Azərbaycan tərəfi şəhərə girdikdən sonra, ermənilərin müdafiəsinin zəiflədilməsi və ya qarşısını almaq üçün ətrafda əlavə bloklayıcı mövqelər və pusqu yerləri qurdular. Azərbaycan ordusunun digər bölmələri də eyni vaxtda uğurlu əməliyyat edərək Şuşanın cənubunda yerləşən Daşaltı kəndini tutmaqla Şuşaya gedən əsas yola çıxışı təmin etmişdilər.
Azərbaycanən xüsusi təyinatlıları şəhərə girəndə müdafiə olunan ermənilərlə yaxın məsafədə ağır küçə döyüşlərinə başladılar.
Noyabrın 7-də ərazidə hava dumanlı idi. Bu, Azərbaycan tərəfinin havadan müşahidə etmək qabiliyyətini, eləcə də hava zərbə qurğularından istifadəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırdı. Əlverişsiz hava şəraiti, həmçinin, “TB2 Bayraktar” pilotsuz uçan aparatlarından istifadəyə də mane olurdu. Belə bir şəraitdə Ermənistan qüvvələri zirehli maşınlarından – “T-72” tanklarından və “BMP-2” piyadaların döyüş maşınlarından maksimum istifadəni təmin etdi.
Əks hücuma baxmayaraq, Azərbaycan qüvvələri öz mövqelərini qorudular. Şuşa meşələrində müdafiə xətti qurdular və üç erməni əks həmləsini dəf etdikdən sonra Şuşa İcra Hakimiyyətinin binasını ələ keçirərək erməni qüvvələrini qovmağa başladılar, şəhərdəki binaları və daha geniş əraziləri təmizlədilər. Şuşa uğrunda döyüşlər nəhayət binadan binaya - yaxın məsafədən aparılırdı.
Noyabrın 8-i səhər “Artsax”ın “müdafiə nazirliyi” Şuşanı əhatə edən cəbhə xətti boyu gecədən bəri intensiv döyüşlərin getdiyini bildirdi.
Noyabrın 8-da Azərbaycan Prezidenti İlham Əliyev Şuşa üzərində qələbə və nəzarətin ələ alındığını elan etdi. Bu əvvəlcə Ermənistan tərəfindən təkzib edildi. Ancaq 10 Noyabrda Ermənistan baş naziri Nikol Paşinyan Şuşa da daxil olmaqla, Dağlıq Qarabağın bütün bölgələrini azad etmiş Azərbaycana təslim haqqında müqaviləyə imza atdı.