Rusiyanın sabiq prezidentinin "qeyri-sabit və aqressiv" davranışlarının əsl səbəbi üzə çıxıb...
Rusiya Təhlükəsizlik Şurası katibinin müavini, Rusiyanın sabiq prezidenti və baş naziri Dmitri Medvedev həyat yoldaşının onu tərk erməsindən sonra ruhi cəhətdən qeyri-sabit olub,
onun sosial şəbəkələrdə fəallığının və qəzəbli ritorikasının artması bununla izah edilir.
İDEAL Media.az xəbər verir ki, bu barədə "Dosye" mərkəzinə istinadən "İzah edə bilərik" Telegram-kanalı məlumat verib.
Məlumatda deyilir ki, münasibətlərə son qoymaq təşəbbüsü məhz onun həyat yoldaşı Svetlana Medvedevadan (qızlıq soyadı Linnik olub) gəlib və bu, hakimiyyət dairələrində fəal surətdə müzakirə edilməkdədir.
"İzah edə bilərik" kanalı son zamanlar ailə cütlüyünün praktiki olaraq birlikdə ictimaiyyət qarşısına çıxmadığına diqqəti çəkib. "Görünən odur ki, onların birgə peyda olması 2020-ci ilin yanvarında Pasxa bayramı ilə əlaqədar Moskvada keçirilən tədbirdə baş verib", - kanal belə yazıb.
Bu zaman birinci xanım olaraq Svetlana Medvedeva öz ərini rəsmi qəbullarda daima müşayiət edib, dünya liderləri və onların həyat yoldaşları ilə, o cümlədən Mişel Obama ilə şəkil çəkdirib. Svetlana Medvedeva hətta Raisa Qorbaçova ilə müqayisə edilib.
Rusiya KİV-ləri 2020-ci ildə artıq Medvedevin ailəsində problemlər barədə məlumat verib, belə ki, Svetlana faktiki olaraq ərini "atıb", onun baş nazir postundan istefa verməsi barədə məlumatlardan sonra belə xaricə səfərini təxirə salmaqdan imtina edib.
Bu sarsıntı, digər problemlərlə yanaşı (hökuməti tərk etməsi, aparat çəkisinin azalması), həmişə özünü sistemli liberal göstərməyə çalışan Medvedevi dəyişib. O, son dərəcə sərt postlar yazaraq, Ukraynadakı müharibəyə dəstək verib, Qərbi nüvə silahı ilə təhdid etməkdədir.
Dmitri Medvedev öz postlarının sərtliyini belə izah edib: "Mən onlara nifrət edirəm, onlar yaramaz və rəzildir. Onlar bizə, Rusiyaya ölüm arzulayır".
Dünən Medvedev yenidən "müharibənin murdar itlərini" nüvə apokalipsisi ilə təhdid edib.
O, rusiyalı siyasətçilər arasında ilk olaraq Britaniyanın baş naziri Boris Consonun istefasına münasibət bildirib: "Bu, Britaniya həyasızlığının və yarıtmız siyasətinin qanunauyğun nəticəsidir", - o, bəyan edib və əlavə edib ki, bundan sonra Almaniyadan, Polşadan və Baltikyanıdan xəbərlər gözləyin.