Ərdoğan: “Cənubi Qafqazda sülh səylərini dəstəkləyirik”
Tarix: 13.07.2025 / 16:28 •
Oxundu: 0 dəfə •
Ərdoğan və Əl-Nəhyan arasında telefon danışığı: Türkiyə Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayed Əl-Nəhyan arasında telefon danışığı baş tutub.
İdealmedia.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Telefon danışığı zamanı regional məsələlər və ikitərəfli əlaqələr müzakirə edilib. Prezident Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən Azərbaycan-Ermənistan sülh danışıqlarını Türkiyənin yaxından izlədiyini bildirib. O, Ankaranın Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olunmasına yönəlmiş səyləri dəstəkləməyə davam edəcəyini vurğulayıb.
