Bu gün:


Tramp: Putin və Zelenski sülhə razı olacaq

Tarix: 14.08.2025 / 22:40  •   Oxundu: 0 dəfə  •  

Tramp: “Düşünürəm ki, prezident Putin və Zelenski sülh imzalayacaq”

ABŞ Prezidenti Donald Tramp əminliklə bildirib ki, Rusiya dövlət başçısı Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında münaqişənin sona çatdırılması istiqamətində razılıq əldə olunacaq.

İdealmedia.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablayarkən danışıb.

“Ola bilsin ki, ilk görüş yaxşı keçəcək, amma daha önəmlisi ikinci görüş olacaq. Biz prezident Putin, prezident Zelenski, mən və bəlkə də bir neçə Avropa liderinin iştirakı ilə görüş keçirəcəyik. Bəlkə də yox, hələ dəqiq deyil”, – deyə Ağ Ev rəhbəri qeyd edib.

Tramp həmçinin əlavə edib: “Görək nə olacaq. Düşünürəm ki, prezident Putin sülhə imza atacaq. Hesab edirəm ki, prezident Zelenski də sülh imzalayacaq”.