Bu gün:


İsveçrədən Ukraynaya 5 milyard franklıq dəstək

Tarix: 08.07.2025 / 01:29  •   Oxundu: 0 dəfə  •  

İsveçrə Ukraynanın bərpasına 5 milyard frank ayıracaq

İsveçrə Ukraynanın bərpası məqsədilə 5 milyard frank (təxminən 6,2 milyard dollar) maliyyə vəsaiti ayırmaq qərarına gəlib.

İdealmedia.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski İsveçrə Milli Şurasının prezidenti Mayya Rinikerlə görüşdən sonra məlumat verib.

“Biz beynəlxalq vəziyyəti, tərəfdaşlarla işi, İsveçrənin dəstəyini və yardımını müzakirə etdik. Ölkəmizin bərpası üçün 5 milyard frankın ayrılması qərarına görə təşəkkür edirik. Humanitar sahədə bu vəsaitlərlə birgə həyata keçirə biləcəyimiz çoxlu perspektivli layihələr var”, – Zelenski bildirib.