Bu gün:


ƏBMT Rusiya-Azərbaycan gərginliyindən xəbərdardır

Tarix: 02.07.2025 / 01:47  •   Oxundu: 0 dəfə  •  

BMT Rusiya ilə Azərbaycan arasında "artan gərginlik"dən xəbərdardır

İdealmedia.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı Rusiya ilə Azərbaycan arasında artan gərginliklə bağlı vəziyyəti izləyir. Bu barədə BMT-nin baş katibinin nümayəndəsi Stefan Dyujarrik təşkilatın rəsmi saytında açıqlama verib.

Onun sözlərinə görə, BMT Moskva və Bakının yaranmış mübahisələri diplomatik yolla həll edəcəyinə ümid bəsləyir.

"Biz hər iki ölkədə insidentlərlə müşayiət olunan Azərbaycan və Rusiya arasında artan gərginlikdən xəbərdarıq. Ümid edirik ki, hər şey diplomatik kanallarla həll oluna biləcək və jurnalist fəaliyyəti azadlığı təmin olunacaq", – deyə Dyujarrik bildirib.

Qeyd edək ki, iyunun 27-də Yekaterinburq şəhərində güc strukturlarının əməkdaşları azərbaycanlılara qarşı reydlər həyata keçirib. Hadisə zamanı iki nəfərin həlak olduğu, bir neçə nəfərin isə yaralandığı bildirilir. "E1" nəşri 50-yə yaxın şəxsin saxlanıldığını yazıb.