Bu gün:


Elxan İbrahimov Nəsimi Rayonunun yeni icra başçısı oldu.

Tarix: 12.11.2025 / 20:23  •   Oxundu: 0 dəfə  •  

Nəsimi Rayon İcra Hakimiyyətinə yeni başçı təyin olunub.

"İdealmedia.az" xəbər verir ki, Nəsimi Rayon İcra Hakimiyyətinin yeni başçısı Elxan İbrahimov kollektivə təqdim olunub. Tədbirdə təqdimatı Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev həyata keçirib.

Zeynal Nağdəliyev çıxışı zamanı ölkə başçısının tapşırıqlarını və tövsiyələrini iştirakçılara çatdırıb. Yeni icra başçısı Elxan İbrahimov göstərilən yüksək etimada görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Qeyd edək ki, dövlət başçısının bu gün imzaladığı sərəncamla Elxan Oqtay oğlu İbrahimov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.