Bu gün:


Ermənistan və Almaniya arasında 69 milyon avroluq enerji sazişi

Tarix: 26.06.2025 / 12:59  •   Oxundu: 0 dəfə  •  

Ermənistan və Almaniya arasında maliyyə əməkdaşlığı sazişi təsdiqlənib

İyunun 26-da Ermənistan hökuməti Ermənistan və Almaniya arasında maliyyə əməkdaşlığına dair Sazişi təsdiqləyib.

İdealmedia.az xəbər verir ki, bu sənəd maliyyələşdirmə və ya kreditləşmə, eləcə də tərəflər arasında əməkdaşlıq üzrə əlavə sazişlərin bağlanması üçün müvafiq hüquqi bazanın yaradılmasını nəzərdə tutur.

Saziş çərçivəsində “Bərpa olunan enerji və enerji səmərəliliyinin inkişafı: IV Faza” layihəsi üçün Bərpa Bankından 26 milyon avroya qədər kredit, layihənin icrası ilə bağlı əlaqəli fəaliyyətlər və məsləhət xidmətləri üçün isə 2 milyon avroya qədər qrant ayrılması planlaşdırılır.

Bundan əlavə, Almaniya hökuməti Ermənistana və ya iki ölkə tərəfindən birgə seçiləcək digər borcalanlara “Bərpa olunan enerji və enerji səmərəliliyinin inkişafı: V Faza” layihəsi üçün 40 milyon avroya qədər güzəştli kredit, eləcə də layihənin həyata keçirilməsi üçün 1 milyon avroya qədər qrant təqdim edəcək.