Tovuzdakı yanğın niyə söndürülmür?
Tarix: 13.12.2025 / 18:51 •
Oxundu: 0 dəfə •
Tovuz şəhəri, Əzizbəyov küçəsinin sakini Tağıyev Məmməd Abuzər oğlu "İdeal Media Mərkəzi"nə müraciət edərək, 2022-ci ilin iyul ayında 100 kvadrat metr sahəsi olan obyektini yandıran şəxslər, Tovuz Rayon Polis İdarəsinin olaya qərəzli münasibət sərgiləməsindən və ailəsinə dəymiş maddi və mənəvi ziyanın ödənilməməsi, hadisəni törətmiş şəxs və şəxslərin hələ də cinayət məsuliyyətinə cəlb edilməməsindən bəhs edir.
Zərərçəkmişin sözlərinə görə, kafe olaraq yandırılmış obyektə vurulan zərəri Fövqəladə Hallar Nazirliyi 48.000 (qırx səkkiz min) manat dəyərləndirmişdir. Obyektin yandırılmasını icra edən şəxslər kənarda himayə edilsə də, narkoman Aliyev Əli Rəşad oğlu inisiallı şəxs məsuliyyətli edilmişdir.
Eyni zamanda, hadisənin baş verməsində ailə ilə düşmənçilik edən Tovuz rayon bazarının bazarkomu Bağıyev Nəsimi Teymur oğlundan şübhələnirlər. Hər halda, 3 ildir ki, açıq qalmış cinayət hadisəsinin hələ də üstü bağlı qalması paradoksaldır.
P.S Adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.





