Dörd ayaq, iki əl barmaqlarını və qulaqlarını kəsən şəxs prezidentdən kömək istədi.
Tarix: 23.12.2025 / 13:15 •
Oxundu: 0 dəfə •
İdeal Xəbər.com xəbər portalına əsasən bikdiririk ki, qondarma iddialarla 19 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Astara rayon sakini Cəfərov Əli Şabanəli oğlunun yaxınları İdealxəbər.com xəbər portalına müraciət edərək bildiriblər ki, onun heç bir hüquqi əsası olmadan 11 ildir həbsdə saxlanıldığı və bu səbəbdən də etiraz əlaməti olaraq dörd ayaq barmağını, iki əl barmağını və hər iki qulağını kəsdiyi qeyd olunur.
Yaxınları eyni zamanda Əlinin psixi və mənəvi problemlər yaşadığını bildirərək, bu barədə müvafiq dövlət qurumlarına müraciət etdiklərini bəyan ediblər.
