Hindistanda “Air India” təyyarəsi qəzaya uğrayıb: 310 ölü
Tarix: 12.06.2025 / 20:47 •
Oxundu: 0 dəfə •
Hindistanda “Air India”ya məxsus “Boeing 787 Dreamliner” təyyarəsi qəzaya uğrayıb – 310-dan çox ölən var
Hindistanın qərbində “Air India” aviaşirkətinə məxsus “Boeing 787 Dreamliner” təyyarəsi qəzaya uğrayıb. Hadisə nəticəsində 310-dan çox insan həlak olub.
“The New Indian Express” polis mənbələrinə istinadən xəbər verir ki, təyyarənin göyərtəsində 240-dan çox sərnişin həyatını itirib. Bundan başqa, qəzaya uğrayan təyyarənin Əhmədabad hava limanı yaxınlığında qəzaya uğradığı ərazidə 75 nəfər ölüb.
Hindistanın “News 18” telekanalının məlumatına görə, qəzanın səbəbi təyyarənin hər iki mühərrikinin sıradan çıxması ola bilər. Mühərriklər dayanandan sonra pilotlar aviadispetçerlərə qəza siqnalı göndərib.
“Reuters” agentliyi isə hadisədə həyatını itirənlərin sayını 290-dan çox olaraq göstərir.
Qəza yerində fövqəladə xidmətlər işlərini davam etdirir. Hazırda qara qutuların tapılması ilə bağlı məlumat yoxdur.
Təyyarə Əhmədabad hava limanından havaya qalxdıqdan dərhal sonra qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 10 ekipaj üzvü və sərnişinlər olmaqla ümumilikdə 242 nəfər olub. Qəzadan yalnız 1 nəfər sağ çıxıb.
