Bu gün:


Ərdoğan Ukraynaya buna görə gedib: Türkiyə lideri müharibəni bitirəcək həmləni edir

Tarix: 18.08.2022 / 17:02  •   Oxundu: 141 dəfə  •  

Ukrayna Prezidenti Vladimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla müharibənin diplomatik yolla başa çatdırılması barəsində müzakirə aparacaq.
İDEAL Media.az xarici KİV-lərə istinadən xəbər verir ki, səfərin əsas məqsədi budur. Bildirilir ki, Ərdoğan Ukraynada atəşkəsin təmin edilməsinə və Zelenski-Putin görüşünün təşkil edilməsinə səy göstərir. İddia edilir ki, Rusiya tərəfi də görüş üçün şərtləri yumşaldıb. Rusiyanın görüş üçün ilkin şərtlər irəli sürmədiyi iddia edilir. Məlumata görə, uğurlu "taxıl sazişi"ndən sonra tərəflər atəşkəsin əldə edilməsinə ümid edir.
Qeyd edək ki, Ərdoğan ukraynalı həmkarının dəvəti ilə Lvovda səfərdədir. Prezidentlər arasında görüş başlayıb.