"Putin artıq qorxulu deyil... Rusiya "tam sürətlə" məğlubiyyətə doğru gedir..."-Sabiq Duma üzvü
Tarix: 07.09.2022 / 10:46 •
Oxundu: 110 dəfə •
"Ukrayna ilə müharibənin yarım ildən çox müddətində Rusiya digər ölkələrə göstərdi ki, artıq ondan qorxmaq üçün “qorxulu qüvvə” deyil".
İDEAL Media.az xəbər verir ki, bu fikri “GORDON” internet nəşrinin təsisçisi Dmitri Qordona müsahibəsində Rusiya Dövlət Dumasının keçmiş deputatı, hüquqşünas, bloger Mark Feyqin deyib.
Feyqin bildirib ki, Ukrayna öz yönətimi, mənəvi ruhu və Qərb müttəfiqlərinin köməyi sayəsində nəinki döyüş qabiliyyətini saxlayıb, həm də hücuma və ərazinin işğaldan azad edilməsinə hazır olduğunu nümayiş etdirməkdədir.
"Bəlkə bu, bir gündə baş vermir, amma onlar axı Ukraynanın hərbi potensialının tamamilə iflasa uğramasından danışırdılar. Bu, qətiyyən baş vermədi. Onlar Ukraynada dövlətçilik bünövrəsinin və komandanlığın dağılmasından danışdılar. Bu da olmadı. Bəs o zaman ölkəyə başçılıq edən kimdir? İnsanlar özbaşına, küçədən çıxıb komanda verir? Xeyr"- bloger belə deyib.
Onun fikrincə, Ukrayna və Rusiya indi “bərabər əsasda” mübarizə aparır. Rusiya hücum edir, lakin Ukraynanın bir sıra üstünlükləri var...
"Biz hansısa mənada Ukraynanın üstünlüyündən danışırıq, Moskvanın döyüş əməliyyatlarını davam etdirməsindən danışırıq, lakin buna baxmayaraq, bu, bərabər əsaslıdır", - deyə Feyqin bildirib.
"Bu həm də bu altı ay yarımın daha bir mühüm nəticəsidir - Rusiyanın qorxulu olmaması, keçmiş SSRİ-nin regional məkanında və daha geniş mənada bütün Avrasiyada xüsusi statusunun iflasa uğramasıdır”, - deyə hüquqşünas vurğulayıb.
Feyqin əmindir ki, bu, altı ay yarım ərzində Rusiya prezidenti Vladimir Putin də dünyada başqa cür qəbul olunmağa başlayıb.
"Putin artıq qorxulu deyil. Artıq heç kim deyə bilməz ki, o, bütöv xalqların taleyini təyin edə biləcək nəhəng qüvvədir. Artıq belə bir şey yoxdur. Bu, mənə elə gəlir ki, bu amil özünü təmin edən bir şeydir. Və o, məlum dinamikada olmaqla, nəhayət çox proqnozlaşdırılan bir sonluğa çatdıracaq”, - deyə Feyqin davam edib.
O hesab edir ki, indi Rusiya "tam sürətlə" öz məğlubiyyətinə doğru gedir.
"Sadəcə, bunun nə qədər tez baş verəcəyini təxmin etməliyik. Gözlənilən müddətlər aylar, bir il və ya bir az daha çoxdur. Amma buna baxmayaraq, onun nəticəsini proqnozlaşdırmaq olar. Moskva bütün dünya ilə müharibə aparır və bütün dünyaya qalib gəlmək olmaz - bu, qeyri-mümkündür”, - deyə Dövlət Dumasının sabiq üzvü vurğulayıb.