Bu gün:


Fransız general: Ukrayna 1 aya bu şəhəri azad edəcək!

Tarix: 08.09.2022 / 09:45  •   Oxundu: 70 dəfə  •  

Ukraynanın cənubda əks-hücumu uğurlu alınır və əgər gözlənilməz dönüş baş verməzsə, ukraynalı hərbçilər oktyabrda Xersonu azad edəcək.
İDEAL Media.az xəbər verir ki, bu barədə Fransanın BMT-dəki hərbi missiyasının keçmiş rəhbəri, general Dominik Trinkvan deyib.

O bildirib ki, Ukrayna əməliyyatlara metodiki olaraq hazılaşıb:
“Uzaqmənzilli silahlarla, həmçinin partizan fəaliyyəti ilə anbarlar, komanda məntəqələri məhv edilib. Ruslar bu metodlara təəccüblənir. Sursat anbarlarının və logistika məntəqələrinin, ilk növbədə, dəmir yolunun dağıdılması onları xeyli silkələyib. İndi Dneprdən qərbdə yerləşən qoşunlar mərmi qəbul etməsələr, müdafiə oluna bilməyəcəklər. Əgər onlar ehtiyat qüvvələr qəbul etməsələr, bu, bəzi bölmələr üçün kritik olacaq”.