Bu gün:


İranlı qadınlar üçün səhnədə saçlarını kəsdi

Tarix: 27.09.2022 / 21:41  •   Oxundu: 42 dəfə  •  

Türk müğənnisi Melek Mosso səhnədə saçlarını kəsib.
İfaçı İranda əxlaq polisi tərəfindən döyülərək öldürülən 22 yaşlı Məhsa Əmini və azadlıq uğrunda mübarizə aparan qadınlara görə bu addımı atıb.
Harbiye Açıq Hava Teatrında çıxış edən Melek "Bu gecə mahnılarımı bütün qadınlar adına oxuyuram. Azadlığımızı kimsə əlimizdən ala bilməz", - deyə, vurğulayıb.
Xatırladaq ki, Əmininin ölümü səbəbilə İranda kütləvi aksiyalar başlayıb. Qadınlar baş örtüklərini yandıraraq etirazlarını bildiriblər.