Bu gün:


Finlandiya rus turistlərin ölkəyə girişini qadağan edir

Tarix: 29.09.2022 / 18:16  •   Oxundu: 58 dəfə  •  

Finlandiya sərhədlərini rus turistlər üçün bağlayacaq.
Bu qərar Rusiyada səfərbərlik əmri verildikdən sonra rusların ölkəni kütləvi şəkildə tərk etməsinə səbəb olmasına görə verilib.
Finlandiyanın xarici işlər naziri Pekka Haavisto bu addımın transsərhəd trafikin əhəmiyyətli dərəcədə azaldacağını bildirib. O əlavə edib ki, ailə ziyarətləri, eləcə də iş və təhsil üçün girişə hələ də icazə veriləcək.
Qeyd edək ki, Finlandiya sərhədi rus turistlər üçün yerli vaxtla gecə yarısından etibarən bağlanacaq.