Bu gün:


Bakı daha 17 erməni hərbçini təhvil verəcək

Tarix: 04.10.2022 / 19:17  •   Oxundu: 53 dəfə  •  

Azərbaycan 13-14 sentyabr tarixlərində Ermənistanın son təxribatı zamanı saxlanılan 17 hərbçini qarşı tərəfə təhvil verəcək.
İDEAL Media.az xəbər verir ki, bu barədə məlumatı “Канал огней” Teleqram kanalı yayıb.
Məlumata görə, sözügedən şəxslərdən 4-ü yaralıdır və onların müalicəsi üçün bütün lazımi tədbirlər görülüb.
Bildirilir ki, bu proses beynəlxalq kanallar vasitəsilə Ermənistan hökuməti ilə razılaşdırılıb. Erməni hərbçilərin yaxın zamanlarda Ermənistana təhvil verilməsi gözlənilir.