Çavuşoğlu: Bu məsələləri Bakı ilə koordinasiya edirik!
Tarix: 14.10.2022 / 21:41 •
Oxundu: 72 dəfə •
Cənubi Qafqazın sabitliyi və davamlı sülhü üçün əsas maneə indiyədək Ermənistan ilə Azərbaycan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmamasıdır. Hərtərəfli sülh anlaşması istiqamətində müzakirələr davam edir. Biz bu prosesi dəstəkləyir və bütün bu məsələləri Azərbaycanla koordinasiya edirik. Bu, təbiidir və yaddan çıxmamalıdır.
İDEAL Media.az xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Türkiyə-Qətər Ali Strateji Komitəsinin səkkizinci toplantısı çərçivəsində qətərli həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında ifadə edib.
Hazırda Türkiyə ilə Ermənistan arasında münasibətlərə dair hər hansı bir anlaşmanın müzakirə olunmadığını, yalnız iki ölkə arasında normallaşma prosesinə dair addımların atıldığını, bu məqsədlə də xüsusi nümayəndələrin artıq dörd dəfə bir araya gəldiyini diqqətə çatdıran nazir Mövlud Çavuşoğlu deyib:
“Bizim də, Azərbaycanın da bu məsələdə səmimi olduğunu bir daha söyləmək istərdim. Bu istiqamətdə hörmətli Prezidentimizin Paşinyanla həyata keçirdiyi görüş (Praqa görüşü) son dərəcə faydalı olmuşdur”.