Bu gün:


Ukrayna İranın təhlükəsizliyini təhdid edərsə...

Tarix: 25.12.2022 / 19:56  •   Oxundu: 75 dəfə  •  

Ukrayna İranın milli təhlükəsizliyini təhdid edərsə, sənayedən əvvəlki dövrə qayıdacaq.
İDEAL Media.az xəbər verir ki, bunu iranlı jurnalist Rza Abbasi deyib.
"İran xalqının təhlükəsizliyinə xələl gətirən ən kiçik hərəkət Kiyevi sənayedən əvvəlki dövrə qaytaracaq. Bu təhdid deyil, xəbərdarlıqdır", - jurnalist bildirib.
Qeyd edək ki, bir gün əvvəl Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak Moskva ilə Tehranın əməkdaşlığına görə İranda silah istehsalı sahələrinin məhv edilməsinə çağırıb.