Moskvada tarixi barışıq: Türkiyə və Suriya yaxınlaşdı
Tarix: 29.12.2022 / 21:28 •
Oxundu: 108 dəfə •
Suriya Müdafiə Nazirliyi Moskvada Suriya və Türkiyə müdafiə nazirləri arasında keçirilən görüş barədə açıqlama verib.
İDEAL Media.az xəbər verir ki, açıqlamada görüşün məhsuldar keçdiyi bildirilir. Açıqlamaya görə, tərəflər bir neçə məsələ ətrafında müzakirələr aparıb. Tərəflər arasında bəzi fikirlərin üst-üstə düşdüyü diqqətə çatdırılıb:
“Bölgədə sabitliyin təmin olunması üçün nələr edilə biləcəyindən danışdıq. Ümid edirik ki, bölgəyə sülh, əmin-amanlıq və sabitlik tezliklə gələcək. Bunun üçün indiyə qədər etdiyimiz kimi bundan sonra da üzərimizə düşən vəzifələri yerinə yetirəcək, lazımi töhfələri verəcəyik”.
Qeyd edək ki, Türkiyənin müdafiə naziri Hulusi Akar Moskvada suriyalı həmkarı Mahmud Abbasla görüşüb. Bu, 11 ildən sonra iki ölkənin yüksək səviyyəli ilk görüşü olub.