Dünyada elə bir ölkə olmayıb və yoxdur ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasın.
İDEAL Media.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
"Praqa görüşünün yekunlarına əsasən, Ermənistan və Azərbaycanın 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında ərazi bütövlüyünü tanıması barədə razılıq əldə olunub. İrəvanın narahatlığı ondan ibarətdir ki, Azərbaycan Prezidenti daim Praqa görüşünə istinad edərək Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyir, lakin Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü tanıdığını demir.
Biz aydın şəkildə bildirməliyik: Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanıyırmı? Əgər belədirsə, o zaman Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq. Qalan hissələr üzrə, Qarabağ məsələsinin həllinin düsturu ilə bağlı mən 2021-ci il aprelin 13-də parlamentdə və digər ictimai bəyanatlar zamanı çıxış etmişəm”, - o bildirib.
Paşinyan qeyd edib ki, Ukrayna müharibəsi dünyaya yeni nizam gətirib:
"Və bu yeni dünya nizamında biz Ermənistanı qurbangaha qoya bilmərik. Biz beynəlxalq ictimaiyyətə müharibə elan edirik? Bizim seçimimiz var: dünyanın yeni inkişafının məntiqinə uyğun inteqrasiya etmək və ya onun əleyhinə getmək. Biz sülh üçün gündəm seçirik, lakin bu o demək deyil ki, biz Qarabağdakı soydaşlarımızın hüquq və təhlükəsizliyinə son qoyuruq”.