Bu gün:


Ukraynaya kütləvi raket hücumu olub, Zaporojye AES-in elektrik xətləri zədələnib

Tarix: 22.03.2024 / 12:47  •   Oxundu: 79 dəfə  •  

Ötən gecə Rusiya Silahlı Qüvvələri pilotsuz uçuş aparatları ilə Ukrayna ərazisinə kütləvi raket hücumu həyata keçirib.

İDEAL xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Qeyd olunub ki, ölkənin əksər bölgələrində hava hücumu xəbərdarlığı elan edilib.

Partlayışlarla əlaqədər bəzi şəhərlərdə elektrik enerjisi dayanıb. Təkcə Zaporojye vilayətində 7 ev dağılıb, 35 evə ziyan dəyib. Həmçinin yaralılar var.

Bundan başqa, ölkənin Nijni- Novqorod, Lvov, Sumı Xmelnitski və digər vilayətlərinə də raket hücumu olub.

Xarkovda 15-ə yaxın partlayış səsi eşidilib.

Məlumata görə, raket hücumları həmçinin Zaporojye Atom Elektrik Stansiyasının fəaliyyətinə də təsir edib. Belə ki, elektrik xətti zədələnib.