Bu gün:


İspaniya kralının qızı karantinə götürüldü

Tarix: 12.09.2020 / 22:18  •   Oxundu: 192 dəfə  •  

İspaniya kralı VI Felipenin böyük qızı və taxt-tacın vəliəhdi şahzadə Leonor karantinə götürülüb.

Bu barədə “Haber Global” məlumat yayıb.

Şahzadənin təcrid edilməsinə səbəb onun sinif yoldaşlarından birində COVID-19 testinin müsbət çıxması olub.

Şahzadə və sinif yoldaşları 14 gün müddətində karantində saxlanılacaq.