Bu gün:


Ərdoğan BMT-də Azərbaycandan danışdı

Tarix: 22.09.2021 / 08:01  •   Oxundu: 121 dəfə  •  

Qafqazda sabitlik baxımından önəmli addımlar atılıb.

İDEAL Media.az əbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-də çıxışı edərkən deyib.

"Azərbaycan qanuni müdafiə hüququndan istifadə edərək, BMT-nin Təhlükəsizlik Şurasının illərdir tətbiq olunmayan qərarlarını həyata keçirməklə öz torpaqlarındakı işğala son qoyub. Qafqazda davamlı sülhün adına yeni fürsətlər üçün pəncərələr açılıb. Tərəflərin atacağı bütün müsbət addımları dəstəkləməkdə qərarlıyıq", - Ərdoğan qeyd edib.