Bu gün:


İranda güclü zəlzələ baş verdi

Tarix: 01.10.2021 / 13:00  •   Oxundu: 125 dəfə  •  

İranın cənub-qərbindəki Buşehr vilayətində rixter cədvəli üzrə 5,2 bal gücündə zəlzələ baş verib.

İDEAL Media .az Anadolu agentliyinə istinadən xəbər verir ki, zəlzələnin episentri Gunave rayonunda, yerin 10 kilometr dərinliyində yerləşib. Zəlzələ nəticəsində tikililərdə fəsadlar əmələ gəlib. 4 yaralının olduğu bildirilir. Fəsadların artacağı istisna edilmir. Bölgəyə xilasedicilər cəlb edilib.