Köçəryan tərəfdarları Qarabağdakı bərpa mərkəzinə 10 milyondan çox pul köçürdü...
Tarix: 06.10.2021 / 10:28 •
Oxundu: 148 dəfə •
Mərkəz Böyük Britaniya Lordlar Palatasının ermənipərəst üzvü və keçmiş vitse-spiker Kerolayn Koksun dəstəyi ilə yaradılıb....
Ermənistanın terrorçu eks-prezidenti Robert Köçəryanın rəhbəri olduğu "Hayastan" blokunun deputatları Xankəndindəki əlilləri reabilitasiya mərkəzinin hesabına 10 milyon 740 min dram məbləğində pul köçürüb.
İDEAL Media.az xəbər verir ki, bu haqda erməni nəşrləri məlumat yayıb.
Köçəryan tərəfdarlarının köçürdükləri məbləğ bərpa mərkəzi üçün yeni peşə əmlakı və lazımi dərmanların alınmasında istifadə ediləcək.
Qeyd edək ki, Xankəndindəki sözügedən bərpa mərkəzi Ermənistanın böyük dostu kimi tanınan Böyük Britaniya Lordlar Palatasının üzvü və keçmiş vitse-spiker Kerolayn Koksun adını daşıyır. Reabilitasiya mərkəzi 84 yaşlı ermənipərəst ingilis qarının dəstəyi ilə 1998 -ci ildə yaradılıb. Məqsəd Qarabağ müharibəsində Azərbaycan torpaqlarının işğalı zamanı yaralanan, şikəst olan işğalçı erməni əsgərlərə və mülki vətəndaşlara dəstək olub...