Bu gün:


Zaxarova: Bu, Avstriyanın daxili məsələsidir

Tarix: 10.10.2021 / 08:44  •   Oxundu: 100 dəfə  •  

Avstriya öz inkişafı ilə bağlı vizyonunu qoruyan və bir çox cəhətdən yalnız öz baxışını müdafiə edən Avropa ölkəsidir.

İDEAL Media.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Avstriya Baş naziri Sebastian Kurtsun istefası haqda danışarkən deyib.

"Bu, Avstriyanın daxili məsələsidir. Düşünürəm ki, məsələni özləri həll edəcəklər", - deyə Zaxarova bildirib.

Qeyd edək ki, ötən gün korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham olunan Avstriya Baş naziri Sebastian Kurts vəzifəsindən istefa verib.