Paşinyanın müavini Gorus-Qafan yolunda palçıqdan çıxa bilmədi...
Tarix: 13.11.2021 / 08:47 •
Oxundu: 107 dəfə •
Dünən Ermənistan baş nazirinin müavini Suren Papikyan və Sünik qubernatoru Melikset Poqosyan Qafan yaxınlığındakı Bərdzravan kəndinə getməyə cəhd etsə də, buna nail ola bilməyib.
Bu haqda “Hraparak” nəşri məlumat yayıb.
"Bərdziravan Azərbaycan dövlətinin sərhəd və gömrük nəzarətində olan Gorus-Qafan yoluna yaxın kəndlərdən biridir. Qubernator və baş nazirin müavini Bərdzrəvana öz münasib hesab edilən alternativ yolları ilə getməyə çalışıblar. Lakin bu yol da palçıqlı və keçilməzdir. Xüsusən yağışlı havada gediş-gəliş daha da çətinləşir. Odur ki, erməni məmurların yolsuzluq avtomobili sayılan maşını da palçığa bataraq yolda qalıb".
Bərdzrəvan kəndinin icma başçısı maşını palçıqdan çıxarıb kəndə aparmaq üçün texniki işçi göndərsə də, bu da baş tutmayıb.
“Əslində hakimiyyətin blokadada qalan kəndlərə təklif etdiyi alternativ yol da keçilməzdir, hətta yolsuzluq avtomobilləri də yolda qalır”- deyə erməni nəşri vurğulayır.
Xatırladaq ki, dünən Ermənistanın müdafiə naziri Arşak Karapetyan da Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsinə alternativ inşa olunan ərazidə - Yuxarı Xotanan kəndi yaxınlığında tıxaca düşüb. A. Karapetyan təxminən yarım saat yolun açılmasını gözləyib...