Bu gün:


İrəvan Moskvaya yalvarır: Kömək edin...

Tarix: 16.11.2021 / 15:53  •   Oxundu: 121 dəfə  •  

İrəvan Moskvanı 1997-ci ildə imzalanmış ikitərəfli müqaviləyə uyğun olaraq Ermənistanın suveren ərazisini müdafiə etməyə çağırır.

İDEAL Media.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

“Ermənistanın suveren ərazisinə hücum olduğu üçün biz 1997-ci il ikitərəfli müqaviləsi çərçivəsində və qarşılıqlı öhdəliklər məntiqinə uyğun olaraq Ermənistanın ərazi bütövlüyünü qorumaq çağırışı ilə Rusiyaya müraciət edirik”, - Qriqoryan bildirib.

Qeyd edək ki, hazırda Ermənistan ordusu sərhəd istiqamətində hücuma cəhd edir və artilleriya tətbiq edir. Ordumuz düşmən təxribatının qarşısını almaq üçün sərt addımlar atır.