Bu gün:


"Haaretz": İsrail İrana iki hücum həyata keçirib

Tarix: 12.12.2021 / 08:42  •   Oxundu: 91 dəfə  •  

İsrail iyun və sentyabr aylarında İrana qarşı iki hücum təşkil edib.

İDEAL Media.az xəbər verir ki, bu barədə "Haaretz" qəzeti ABŞ mənbələrinə əsasən məlumat yayıb.

Məlumata görə, İsrailin iyun ayında uranı zənginləşdirən sentrifuqa obyektinə, sentyabr ayında isə İran İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı raket bazasına hücum edib.

Qəzet bildirir ki, Təl-Əviv rəhbərliyi sözügedən hücumlardan əvvəl ABŞ-ı məlumatlandırıb.