Bu gün:


Dünya aviaşirkətləri Milad ərəfəsində 2 mindən çox reysi ləğv etdi

Tarix: 25.12.2021 / 08:15  •   Oxundu: 92 dəfə  •  

Dünya aviaşirkətləri COVID-19 pandemiyası ilə bağlı Milad bayramı ərəfəsində 2 028 reysi ləğv edib.

Bu barədə TASS məlumat verib.

Qeyd olunub ki, ABŞ-ın ən böyük aviaşirkətlərindən biri olan “United Airlines” koronavirusun “omikron” ştamının yayılması və COVID-19-a yoluxma hallarının artması nəticəsində yaranan kadr çatışmazlığı səbəbindən təxminən 120 reysi ləğv edib.

Eyni səbəbdən ABŞ-ın “Delta” aviaşirkəti də dekabrın 23-də 90-a yaxın reysin ləğv edildiyini açıqlayıb.